Prezident ermənilərdən danışdı
Bizi izləyin

Qırmızı.az

Prezident ermənilərdən danışdı

"BMT-nin elə qətnamləri var ki, onlar saatlar içində həyata keçirilir. Azərbaycanın 20 ildir ki torpaqları işala altındadır amma qəbul olunan qətnamələr həyata keçirilmir. Beynəlxaql təşkilatların qərarları həyata keçirilməlidir. Burada bizə qarşı selektiv yanaşama var".


Bunu prezident İlham Əliyev Bakıda ATƏT Parlament Assambleyasının (PA) 23-cü illik sessiyasında çıxış edib.

Prezident bildirib ki, Azərbaycan 20 ildən çoxdur erməni təcavüzündən əziyyət çəkir. Ərazilərimizin 20 faizi işğal altındadır, 1 milyondan çox qaçqınımız var. "Ermənilər bizə qarşı etnik təmizləmə siyasəti həyata keçiriblər. BMT-nin qəbul etdiyi qərarlar kağız üzərində qalır. Ermənistan bu qərarlara məhəl qoymur və zəbt edilmiş torpaqlardan çıxmır. Həmsədrlərin bəyanatlarına əməl etmirlər. Öz müqqəddəratını təyinetmə məsələsinə diqqətlə baxmalıyıq. Orada qeyd olunub ki, ərazi bütövlüyü qorunmalıdır. Ermənistan dövlətini də Azərbaycan torpaqları hesabına yaradıblar".

İ.Əliyev qeyd edib ki, işğal altında olan torpaqlardakı məscidlərimiz yerlə yeksan edilib. ATƏT münaqişənin həllində rol oynamayıb. Ermənistan region üçün ən böyük hədədir.

"Son on ildə iqtisadiyyatımız 10 dəfə yüksəlib. 170 milyard ABŞ dolları dəyərində Azərbaycana sərmayə qoyulub. Azərbaycan kosmos sənayesinə malik ölkədir. Biz təhsil sahəsinə sərmayələri artımaq niyyətindəyik. Təhsil eksterimizmə, millətçiliyə qarşı bir zəmanədir.

Azərbaycan dünyada elə bir ölkədir ki, Xəzər, Qara və Aralıq dənizini birləşdirib. Avropanın enerji təchizatında xüsusi rol oynayırıq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm