• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

7 ölkənin xilasediciləri Azərbaycanda

7 ölkənin xilasediciləri Azərbaycanda

Fövqəladə Hallar Nazirliyi Qəbələdə təlim keçib.

ANS TV-nin məlumatına görə, xilasedicilər zəlzələ nətizəsində yaranan uçqunda qalan 2 nəfərin xilasetmə işlərinə başladılar və zərərçəkənlər uğurlu əməliyyat nəticəsində xilas edildi. Qəzada deformasiyaya uğrayan avtomobillərdən yaralı və meyidlər xüsusi alətlərin köməyi ilə çıxarıldılar. Həmçinin, qəzalı vəziyyətə düşən evlərdən birində dağıntılar altında qalan iki azyaşlının xilas edilməsi əməliyyatı başlandı.

Əvvəlcə xüsusi təlim görmüş, üzərinə kamera, həmçinin zəruri tibbi avadanlıqlar yerləşdirilən itlər dağıntıların içərisinə buraxıldı. Azyaşlıların köməyinə yetişən xilasedicilər onları dağıntılar altından çıxara bilsələr də, az keçməmiş həmin ərazidə güclü yanğın başladı. Yanğının qarşısı hadisə yerinə gələn iki yanğınsöndürən maşın və canlı qüvvənin köməyi ilə lokallaşdırılaraq alındı.


Tədbirə 7 ölkə - Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Gürcüstan və Belarusdan gələn nümayəndə heyətləri qatılıb.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, Təhsil naziri Mikayıl Cabbarov, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov tədbirdə xilasedici və yanğından mühafizə komandalarının üzvlərinin fövqəladə hallara hazırlıq vəziyyəti ilə tanış olublar.

Beynəlxalq yarışda Rusiya komandası birinci, Azərbaycan komandası ikinci, Qazaxıstan xilasediciləri üçüncü yeri tutub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR