İmtahandan kəsilən müəllimlər bilindi
Bizi izləyin

Qırmızı.az

İmtahandan kəsilən müəllimlər bilindi

Müəllimlərin yerdəyişimi ilə bağlı keçirilmiş müsabiqəyə qatılan 771 müəllimin 140 yaxşı nəticə toplaya bilib.

Bu barədə virtualaz.org saytına Təhsil Nazirliyindən məlumat veriblər.

Xəbərdə deyilir ki, 17-23 iyun tarixlərində keçirilmiş müsabiqənin 1-ci mərhələsində test tapşırıqlarının yerinə yetirilməsinin nəticəsi olaraq ən yüksək bal toplamış namizədlərdən 140 nəfəri 2-ci mərhələyə - müsahibəyə buraxılıb. Müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin yekun nəticəsinə əsasən 96 nəfər iş yerini dəyişmək hüququ qazanıb.

Fənlər üzrə nəticələr belə olub:

Tarix müəllimi - 20 nəfər;

İbtidai sinif müəllimi - 16 nəfər;

Azərbaycan dili və ədəbiyyat müəllimi - 11 nəfər;

Coğrafiya müəllimi - 10 nəfər;

Biologiya müəllimi - 10 nəfər;

Fizika müəllimi - 9 nəfər;

Riyaziyyat müəllimi - 7 nəfər;

İngilis dili müəllimi - 6 nəfər;

Kimya müəllimi - 2 nəfər;

Musiqi müəllimi - 2 nəfər;

İnformatika müəllimi - 1 nəfər;

Rus dili müəllimi - 1 nəfər;

Fiziki tərbiyə müəllimi - 1 nəfər.

İş yerini dəyişən 96 müəllimin şəhərlər (rayonlar) üzrə seçimi belə olub: Bakı şəhərini 40 nəfər; Gəncə şəhərini 4 nəfər; Şirvan şəhərini 1 nəfər; Abşeron rayonunu 5 nəfər; Goranboy, Hacıqabul və Tovuz rayonlarının hər birini 4 nəfər; İsmayıllı və Oğuz rayonlarının hər birini 3 nəfər; Ağdam, Bərdə, İmişli və Şəmkir rayonlarının hər birini 2 nəfər; Ağdaş, Ağstafa, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Göyçay, Göygöl, Laçın, Lənkəran, Masallı, Qəbələ, Qobustan, Quba, Sabirabad, Tərtər, Xaçmaz, Xızı, Yardımlı və Yevlax rayonlarının hər birini isə 1 nəfər seçərək yerini dəyişib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm