Bakıda 86 yaşlı qadın xilas edilib
Bizi izləyin

Qırmızı.az

Bakıda 86 yaşlı qadın xilas edilib

O, xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib

Bakı şəhərinin Yasamal rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1928-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb.

ANS PRESS-in məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin pəncərəsindən enərək daxil olublar.

Mənzilə baxış keçirilərkən halsız vəziyyətdə aşkarlanmış vətəndaş xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm