İki təyyarə toqquşdu
Bizi izləyin

Qırmızı.az

İki təyyarə toqquşdu

İrlandiyanın “Ryanair” aviaşirkətinin iki sərnişin təyyarəsi Londonun Stansted aeroportunda toqquşub.

Hadisə nəticəsində laynerlər və onların ekipaj üzvlərindən, həmçinin sərnişinlərdən zərər çəkən olmayıb.

“Ryanair” aviaşirkətinin nümayəndəsi Robin Killi qeyd edib ki, hadisə uçuş zolağında baş verib, bir təyyarə dayanacağa yaxınlaşan zaman başqası arxaya gedişlə yola çıxan zaman onunla toqquşub. Nəticədə, bir təyyarə başqa avialaynerin quyruq hissəsinə qanadla toxunub.

Aviaşirkətin nümayəndəsi həmçinin bildirib ki, üç saatlıq gözləmədən sonra qəzaya düşmüş hava gəmilərinin sərnişinləri başqa təyyarələrlə yolunu davam etdirib.

Aeroportun mətbuat katibi Kris Uiqqanın sözlərinə görə, təyyarələrin hər ikisi zədələnib, amma qəza aeroportun işinə təsir etməyib.

Laynerlərin pilotları həkim müayinəsindən keçirilib. Onların qanında alkoqol izləri aşkar edilməyib. İstintaq komitəsi hadisənin araşdırılması ilə məşğul olur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm