Yol polisi qovdu, sürücü qəza törətdi - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Yol polisi qovdu, sürücü qəza törətdi - FOTOLAR

Dövlət Yol Polisinin (DYP) əməkdaşı qəzaya səbəb olub.

Bu haqda ANS-ə Xudat şəhərindən zəng vuraraq məlumat veriblər. Şahidlərin sözlərinə görə, DYP-nin əməkdaşı 10 OK 765 nomrəli "VAZ-2107" markalı minik maşınını qovan zaman qəza baş verib.
Hadisə zamanı xəsarət alan olmasa da maşınlara ciddi ziyan dəyib. Bu informasiyanı ətrafda olan sürücülər də təsdiq edib.
Qeyd edək ki, qəzadan sonra 10 YP 769 markalı DYP maşını hadisə yerindən uzaqlaşıb. 10 OK 765 markalı minik maşınının sürücüsünün Saleh Quliyev adlı şəxs olduğu deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm