Tovuzda yol qəzası: 1 nəfər ölüb
Bizi izləyin

Qırmızı.az

Tovuzda yol qəzası: 1 nəfər ölüb

Hadisə rayonun Dondar Quşçu kəndinə gedən yolun üçüncü kilometrliyində qeydə alınıb

Hadisə rayonun Dondar Quşçu kəndinə gedən yolun üçüncü kilometrliyində qeydə alınıb

Tovuz rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Dondar Quşçu kəndinə gedən yolun üçüncü kilometrliyində qeydə alınıb. Sürücüsünün kimliyi hələlik məlum olmayan "Qazel " markalı mikroavtobus aşaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü hadisə yerindəcə dünyasını dəyişib.

"Qazel"in sərnişini Dondar quşçu kənd sakini 19 yaşlı Elşən Nəzərov ağır yaralanaraq Tovuz rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Həkimlərin dediyinə görə hazırda zərərçəkmişin vəziyyəti kafidir.

Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm