Hindistanda faciə: 9 ölü, 25 yaralı
Bizi izləyin

Qırmızı.az

Hindistanda faciə: 9 ölü, 25 yaralı

Bazar günü Hindistanın Çennai şəhərində tikintisi davam edən 11 mərtəbəli bina uçub.

Publika.az-ın “Azadlıq” radiosuna istinadən verdiyi məlumata görə, 9 nəfər ölüb, 25 nəfər dağıntılar altında qalıb. Ölənlərin çoxu fəhlələrdir.

Bu vaxta qədər xilasedicilər 27 adamı dağıntılar altından çıxara bilib.

Binanın hansı səbədən uçması araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm