• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

14 rayonda buraxılış imtahanı keçirildi

14 rayonda buraxılış imtahanı keçirildi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün respublikanın 14 şəhər və rayonunda - Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmazda buraxılış imtahanları keçirib.

TQDK-dan Publika.az-a verilən xəbərə görə, imtahanlarda ümumi orta və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vuran, lakin müxtəlif səbəblərə görə yekun attestasiyası aparılmamış, eləcə də eksternat qaydasında attestasiyada iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən qərar qəbul edilmiş şagirdlər, əvvəlki illərdə keçirilmiş buraxılış imtahanlarında məqbul qiymət ala bilməmiş şagirdlər, həmçinin üzrlü səbəbdən 2014-cü ildə keçirilən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan şagirdlər iştirak edib.

İmtahanlar bütün binalarda eyni vaxtda - saat 11.00-də başlayıb.

9-cu siniflərin buraxılış imtahanında iştirakı nəzərdə tutulan 2194 şagirddən 1932 nəfəri Azərbaycan, 262 nəfəri rus bölməsində təhsil alır, onların 1419 nəfəri oğlan, 775 nəfəri qızlardır.

11-ci siniflərin buraxılış imtahanında iştirakı nəzərdə tutulan 3212 şagirddən 2930 nəfəri Azərbaycan, 279 nəfəri rus bölməsinin şagirdləridir. Onların 2592 nəfəri oğlan, 620 nəfəri qızlardır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR