• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Erməni terrorçu: “Daha çox rus öldürməliyik” – TARİXİ FAKTLAR

Erməni terrorçu: “Daha çox rus öldürməliyik” – TARİXİ FAKTLAR

"Digərlərinə də çatdırın ki, bizə yalnız qisas, qisas, bir daha qisas qalır!”

Publika.az-ın məlumatına görə, bu sözlər 1977-ci il yanvar ayının 8-də Moskvada metroda terror hadisəsi törədən erməni Zatikyana aiddir . “Sizin məni mühakimə etmək ixtiyarınız yoxdur, çünki rus və yəhudilərin idarə etdiyi imperiya hüquqi dövlət deyil! Bunu möhkəm yadda saxlamaq lazımdır” - deyən erməni terrorçu Zatikyan beynəlxalq ictimaiyyətin təzyiqini və təpkisini görməyən erməni terrorizminin bir üzvü idi.

Erməni terrorunun SSRİ dövründə həyata keçirdikləri ən böyük və dəhşətli hadisə 1977-ci il yanvar ayının 8-də Moskvada həyata keçirildi. Həmin dövrdə Moskvadakı terror aktı ilə bağlı SSRİ-də yayılan rəsmi məlumatlara görə, erməni terrorçular Akop Stepanyan, Zaven Baqdasaryan və Stepan Zatikyan tərəfindən Moskva metrosunun “İzmaylovskaya” və “Pervomayskaya” stansiyaları arasında, Bauman rayonundakı 15 saylı mağaza və oktyabr küçəsində 3 terror aktı həyata keçirilmişdir. Bu terror aktları nəticəsində 7 nəfər həlak olmuş, 37 nəfər isə yaralanmışdır.

Terror aktının təşkilatçsı Stepan Zatikyan 1966-ci ildə Yerevan Politexnik İnstitutunun tələbəsi olarkən rəssam Aykanuz Xaçaturyan və Şagen Artunyanla birgə “Erməni Milli Birlik Partiyası” yaratmışdılar. Tələbələrin yaratdığı bu qurumun əsas məqsədi Türkiyədən Ermənistan “torpaqlarının” geri alınması və müstəqil Ermənistan dövlətinin yaradılması idi. Bu qruplaşmanın gizli mətbəələri var idi və onlar"Paros" ("Fənər") qəzeti nəşr edirdilər.

Onlar "Rus şovinizmi"nə etiraz etmək, Yuxarı Qarabağ və Naxçıvanın Ermənistana verilməsi üçün siyahılar paylayırdılar".

Zatikyan 1968-ci ildə sovet rejimi əleyhinə təbliğat apardığına görə həbs edilmişdir. 1972-ci ildə həbsxanadan çıxmış və fəhlə kimi fəaliyyətə başlamışdır. 1975-ci ildə sovet vətəndaşlığından çıxmaq üçün ərizə vermiş, lakin buna nail ola bilməmişdir. O, Ermənistanın Rusiyadan ayrılmasını təbliğ edirdi.

O zaman cinayətkarların axtarışına Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) ən yaxşı müstəntiqləri cəlb olunmuşdur. Onların səmərəli fəaliyyəti nəticəsində bu gurultulu terror aktlarında nüfuzlu erməni partiya liderlərinin iştirakı faktı üzə çıxıb. Terror aktlarının törədildiyi yerlərdən götürülən partlayıcı maddə qəlpələri onların harada istehsal olunması və daha çox hansı şəhərlərdə satıla bilməsinə dair şübhəli şəhərlərin dairəsi barədə materiallar əldə etməyə imkan yaradıb. Həmin şəhərlər arasında da başda İrəvan dayanırdı.

Sonra terror aktlarının ukraynalılar və erməni millətçiləri tərəfindən törədilə bilmə ehtimalı ortaya çıxıb. DTK əməkdaşları tərəfindən Daşkənd aeroportunda sərnişinlərdən birinin əlində terrorçular tərəfindən istifadə olunan çanta ilə eynilik təşkil edən çanta diqqət cəlb edib. Araşdırmalar bu çantaların məhz İrəvanda tikildiyini ortaya çıxarıb. Və bu fakt axtarışlar dairəsini son dərəcə məhdudlaşdırıb, DTK əməkdaşlarının əsas diqqətinin Ermənistana yönəlməsinə səbəb olub.

Beləliklə, aşkar olunan bombanın elektrik qaytanağı xüsusi elektrodla aparılıb ki, bu da yalnız hərbi sənaye kompleksi müəssisələrində istifadə olunur. Nəticədə məlum olub ki, terror qruplaşma üzvlərindən biri müdafiə sənayesi müəssisəsində işləyir. Bu ərəfədə terrorçu qruplaşma üzvləri yeni cinayət hazırladıqları zaman səhvə yol veriblər. Beləki Kursk vağzalına içərisində partlayıcı qurğu olan çanta qoyublar və bomba partlamadan əməliyyatçıların əlinə keçib. Və bu da DTK əməkdaşlarının sözügedən bandanın izinə düşməsi ilə nəticələnib. Çantaya istintaq baxışı nəticəsində sim və saat mexanizmi, həmçinin üzərində İrəvan nişanı olan göy olimpiya gödəkçəsi tapılıb. Belə ki, terrorçular çantanın partlayacağını zənn edib, öz şəxsi əşyalarını da çantada qoyublar.

Nəhayət Gürcüstan-Ermənistan sərhədində 55 saylı Moskva-İrəvan qatarının 3-cü vaqonundan şübhəli şəxs qismində saxlanılan və üzərində heç bir sənədi və şəxsi əşyaları olmayan, eyni zamanda əynində həmin göy olimpiya gödəkçəsindən olan 1949-cu il təvəllüdlü Akop Stepanyan saxlanılıb. O, saxlanılan zaman tələbə yoldaşı Zaven Baqdasaryanla (1954-cü ildə anadan olub) bir yerdə olub. Onlar Moskvaya səfərlərinin məqsədini polis əməkdaşlarına açıqlaya bilməyiblər. Onların hər ikisi İrəvana göndərilib. Sonradan Stepanyanın anası oğlunun çantasında bomba aşkarlayıb. Əməliyyatçıların onun evindən Moskvada törədilən partlayışlar zamanı istifadə olunan bombanın eynisini aşkar ediblər. Akop Stepanyan və Zaven Baqdasaryanın həbsindən sonra qrupun üçüncü üzvü Stepan Zatikyan da yaxalanıb.

Moskva metrosunda 1977-ci ildə baş vermiş partlayış onu yenidən məhkəmə kürsüsünə çıxardı. İstintaqa görə, metro partlayışına o, rəhbərlik edib. Partlayışı həyata keçirən erməni terrorçular - fəhlə Akop Stepanyan və rəssam Zaven Baqdasaryan əməliyyata rəhbərliyin Stepan Zatikyan tərəfindən edildiyini bildirmişdilər. Terrorçuların dediyinə görə, Zatikyan ruslara nifrət etdiyinə görə, onları təhdid edərək bu əmələ vadar edib.

Terror aktının iştirakçıları olan Baqdasaryan və Stepanyan dindirmə zamanı bildiriblər ki, Zatikyan onlarla birgə həbsxanada olanda millətçilik ideyası təbliğ edirdi və deyirdi ki, erməni zülmünə görə rusları cəzalandırmaq lazımdır. XX əsrin əvvələrində erməni xalqının başına gətirilənlərdə rusları günahkar görən Zatikyan qisas almağın əsas yolunu Rusiya ərazilərində çoxsaylı patlayışlar törədilməsi və daha çox rusun öldürülməsində görürdü. Onun ətrafında olanlar qorxu altında Zatikyanın dediklərinə əməl edirdilər.

Moskva metrosunda partlayışdan sonra həmin cinayətkarlar 1977-ci il oktyabrın sonunda daha bir terror aktı törətməyi qərara alıb və bu məqsədlə Kursk vağzalından bilet alaraq Moskvaya gəlib. "Moskva İrəvanı" qatarına biletlər götürmüşlər. Qatara minən zaman vağzalın gözləmə zalında bombası ilə çantanı qoyub. Bir neçə dəqiqədən sonra yiyəsiz əşya sərnişinlərdən birinin diqqətini cəlb edir və hadisə yerinə gələn poislər orada məftillə və saat mexanizmi ilə işləyən dəhşətli nəticələr verə biləcək partlayıcını aşkar ediblər.

Özünü SSRİ hüquq müdafiəçiləri kimi qələmə verən bəzi şəxslər, o cümlədən Andrey Saxarov iddia edirdi ki, guya erməni terrorçuların günahı yoxdur və etmədikləri günahlarını zorla onların boyunlarına qoyurlar və bunun arxasında siyasi məqsədlər dayanır. Saxarov 1979-cu il yanvar ayının 30-da SSRİ KP MK Baş katibi L. Brejnevə ünvanladığı məktubunda yazırdı: “Biz bu işdə ( terror aktında) məhkəmə səhvinə yol verildiyi və ya qəsdən baş verən hadisənin saxtalaşdırıldğı qənaətindəyik. Ona görə də məhkəmə prosesində aşkarlığın pozulduğunu və onun əsl həqiqəti üzə çıxara bilməyəcəyini düşünürük”.

Ermənistan hakimiyyət orqanlarının - Ermənistan SSR KP MK-nın I katibi Karen Dəmirçiyanın və Ermənistan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin rəhbəri Yüzbaşyanın terrorçuları açıq şəkildə himayə etdikləri faktı üzə çıxdı. Adı çəkilən hər iki şəxs terrorçular üzərində aparılan istintaqa mane olmağa cəhd etdi. Buna nail olmayanda isə Dəmirçiyan açıq şəkildə SSRİ xüsusi xidmət orqanlarından Ermənistan vətəndaşları üzərində özbaşınalığı dayandırmağı və onlardan ölkə ərazisini tərk etməyi tələb etdi.

Saxarov iddia edirdi ki, partlayış zamanı isə Zatikyan İrəvanda olub. 1979-cu ildə keçirilən məhkəmədə Zatikyan terrorçular tərəfindən irəli sürülən bütün iddiaları rədd etmişdir. Lakin buna baxmayaraq məhkəmə onun qətlinə fərman vermiş və o, 1979-cu il yanvarın 24-də güllələnmişdir.

Mənbə: karabakinfo.com

Xəbər lenti

DAHA ÇOX XƏBƏR