Bakıda oğru sekslə qarşılaşdı və aradan çıxdı - 18+
Bizi izləyin

Qırmızı.az

Bakıda oğru sekslə qarşılaşdı və aradan çıxdı - 18+

Xəzər rayon Polis İdarəsinin əməkdaşları uzun müddət axtarışda olan şəxsi yaxalayıb. Publika.az-ın məlumatına görə, əməliyyat-axtarış tədbirləri nəticəsində 1987-ci il təvəllüdlü Allahverdiyev Cavad İlqar oğlu saxlanılıb.

Bildirilir ki, İ.Allahverdiyev bir evin qarəti ilə əlaqədar saxlanılıb. Daha sonra onun 30-dan çox qarətdə iştirak etdiyi üzə çıxıb.

Məlum olub ki, İ.Allahverdiyev qarətləri tək həyata keçirib. Saxlanılan şəxs dindirilmə zamanı deyib ki, fəhlə işləyib və çox az pul qazanırmış. Qarət fikrinə isə futbol totalizatoru TopAz-da 3000 manat uduzduqdan sonra gəlib. Bu məbləği borc alıb və qaytarmaq üçün evlərdən birini qarət etməyi qərara alıb. Bu hadisə isə 8 ay əvvəl olub.

Araşdırma nəticəsində məlum olub ki, birinci qarətdən sonra İ.Allahverdiyev xeyli gözləyib. Ondan heç kimin şübhələnmədiyini görən 27 yaşlı şəxs ikinci oxşar əməli törətməyi qərara alıb.

Vesti.az-ın 27 yaşlı peşəkar qarətçiyə həsr ediyi məqalədə bildrilir: "Allahverdiyev ayda 3-4 qarət törədib. Evdə qurbanlarını diqqətlə seçib. Yalnız qapıda qıfıl asılan evlərə girib. Xəzər rayonunda boş ev çoxdur. Yarımçıq tikilən qonşu evlərdən Allahverdiyev nəzərdə tutduğu evlərə soxulub. Orada bir neçə dəqiqə dayanaraq evdə heç kimin olmamasından əmin olduqdan sonra pəncərədən içəri daxil olub. Evdə başqa qiymətli əşyalar olsa belə yalnız pul və qızıl əşyaları götürüb.

Oğurlanmış qızılı tanış bir qadına satmağa verib.

Allahverdiyev bir neçə dəfə səhv edərək adam olan evlərə daxil olub. Bir dəfə ev sahiblərini sevişərkən haqlayıb. Allahverdiyev qarət etməyərək sakitcə evdən çıxıb. Qadın və kişi elə məşğul olublar ki, evdə kənar şəxsin olduğunu belə hiss etməyiblər.

Bir dəfə Allahverdiyev girdiyi evdə ev sahibi olan qızın hamamda çimdiyini görüb. Onu qorxutmamaq üçün gedib.

Allahverdiyevi iki dəfə küçədə polislər saxlayıblar. Amma o özünü elə aparıb ki, asayiş mühafizəçiləri heç nədən şübhələnmədən onu buraxıblar.

Kriminalistlər bir məqama diqqət yetiriblər. Allahverdiyev demək olar ki, heç iz buraxmayıb, çox güman ki, əlcəklə işləyib. Bir neçə dəfə iz qoysa da əməliyyatçılar üçün bu izləri tapmaq çətin olub. Polislər Allahverdiyevi DİN-in məlumat bazasında axtarıblar, düşünüblər ki, bu cür təmiz yalnız təcrübəli oğru işləyə bilər. Amma görünür ki, səhv ediblər. Xoşbəxtlikdən polislər onun izinə düşməyin yolunu tapıblar...

Xəzər RPİ-də qeyd olunana görə, Allahverdiyev ilə aparılan istintaq eksperimenti bir daha zərərçəkənlərin çox zaman oğurlandığından daha böyük məbləği dedikləri faktını təsdiqlədi. Allahverdiyev ilə bağlı işdə də belə oldu. Belə istintaq eksperimentlərinin birində zərərçəkən Allahverdiyevin oğurladığı məbləğdən qat-qat üstün bir məbləğ deyib. Amma Allahverdiyev onun yalan danışdığını sübut edə bilib.

İstintaq hələ qarət edilən pulun ümumi məbləğini hesablamayıb. Fakt üzrə istintaq davam edir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm