Qırmızı.az
Qəbələdə 3 ağır yol qəzası: 6 yaralı
Qəbələ rayonunda 3 avtomobil qəzası baş verib, 6 nəfər
xəsarət alıb.
Publika.az-ın məlumatına görə, hər üç qəza
Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ rayonu
ərazisindən keçən hissəsində qeydə alınıb.
Yolun 72-ci kilometrliyində Qəbələ rayonu Həmzəli kənd sakini,
1975-ci il təvəllüdlü Musayev İxtiyar Ağamoğlan oğlunun idarə
etdiyi 99-GT-836 dövlət nömrə nişanlı, “Merсedes” markalı minik
maşını qarşı tərəfdən gələn Mirzəbəyli kənd sakini, 1967-ci il
təvəllüdlü Əzizov Asif Zahid oğluna məxsus 10-HN 146 dövlət nömrə
nişanlı “VAZ 2107” markalı maşınla toqquşub.
Hadisə nəticəsində A. Əzizov və sərnişinləri - Qəbələ şəhər sakini,
1966-cı il təvəllüdlü Qasımova Sürəyya İsmayıl qızı və 1985-ci il
təvəllüdlü Bayramov Valeh Səmistan oğlu müxtəlif dərəcəli bədən
xəsarətləri ilə Qəbələ Mərkəzi Rayon Xəstəxanasına
yerləşdirilib.
Digər avtomobil qəzası ilə yolun 91-ci kilometrliyində qeydə
alınıb. Göyçay rayonu Kürdəmiş kənd sakini, 1991-ci il təvəllüdlü
Bəhmənov Xəyal Fariz oğlunun idarə etdiyi 10-FP-327 dövlət nömrə
nişanlı, “VAZ 21011” markalı minik maşını qarşı tərəfdən gələn
Xətai rayon sakini, 1962-ci il təvəllüdlü Məhərrəmov Nail Mustafa
oğlunun idarə etdiyi H012733 dövlət nömrə nişanlı, “Toyota Prado”
markalı maşınla toqquşub.
Hadisə nəticəsində “VAZ 21011”-in sürücüsü xəsarət alıb.
Yolun 75-ci kilometrliyində isə Ağdaş rayonu Dəhnə kənd sakini,
1993-cü il təvəllüdlü Rəfi Həşimov idarə etdiyi 03-BG-630 dövlət
nömrə nişanlı, “VAZ 2109” markalı maşınla Babək rayonu Cəhri kənd
sakini, 1963-cü il təvəllüdlü Namaz Cəfərovun idarə etdiyi 90-GJ-
630 dövlət nömrə nişanlı, “Toyota” markalı maşın toqquşub.
Hadisə zamanı “VAZ 2109”-un sürücüsü Rəfi Həşimov və sərnişini,
1993-cü il təvəllüdlü Tağıyev İsrail Rafael oğlu müxtəlif dərəcəli
bədən xəsarətləri ilə Qəbələ Mərkəzi Rayon Xəstəxanasına
yerləşdirilib.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK