Orucluğun ikinci günü üçün hava proqnozu
Bizi izləyin

Qırmızı.az

Orucluğun ikinci günü üçün hava proqnozu

Həftənin ilk iş günü Azərbaycanda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, iyunun 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Temperatur gecə 19-23 dərəcə, gündüz 24-28 dərəcə isti, Bakıda gecə 20-23 dərəcə, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.

Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22 dərəcə isti, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 22-24 dərəcə isti, Türkan, Hövsan, Şıx və Sahildə 23-25 dərəcə isti təşkil edəcəkdir.

Azərbaycanın rayonlarında iyunun 30-da əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Havanın temperaturu gecə 17-22 dərəcə, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Aran rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Havanın temperaturunun gecə 19-24 dərəcə, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm