Azərbaycanda zəlzələ baş verdi - (Yeniləndi - 3)
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda zəlzələ baş verdi - (Yeniləndi - 3)

09:06

Xəzərin Azərbaycan sektorunda zəlzələ olub

AMEA Seysmoloji Xidmət Mərkəzinin mətbuat mərkəzindən daxil olan məlumata görə, zəlzələ iyunun 30-da saat 01.30-da qeydə alınıb. Yeraltı təkanlar Xəzərin 39.34-51.81 kordinatlarında qeydə alınıb.

İlkin məlumata görə, yeraltı təkanlar episentrdə 3.1 bal gücündə hiss olunub.

Təbii fəlakət nəticəsində dağıntı və insan tələfatı qeydə alınmayıb.

40 km dərinlikdə baş vermiş zəlzələ hiss olunmayıb.

23:14

Bir neçə dəqiqə bundan öncə - 23:10 radələrində Azərbayacanın qərb bölkəsində zəlzələ baş verib.

Axar.az xəbər verir ki, zəlzələnin təsiri Tovuz, Şəki, Yevlax və digər rayonlarda hiss olunub. İlkin məlumatlarda dağıntının olmadığı bildirilir.

Xatırladaq ki, Gürcüstan seysmoloqları da ölkə ərazisində yeraltı təkanların olduğunu bildiriblər. Gürcü mediasının bu dəqiqələrdə verdiyi xəbərə görə, zəlzələ Rixter şkalası üzrə 4,8 bal gücündə hiss olunub.

23:25

Zaqataladan aldığımız son məlumata görə, yeraltı təkanlar bu rayonda daha ciddi hiss olunub, əhalinin təşvişə düşdüyü, bəzi evlərin zədələndiyi qeyd olunur.

Hər hansı dağıntı haqqında məlumat yoxdur.

23:41

Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ saat 22:26:17-də, Zaqataladan 14 km cənub qərbdə baş verib. Zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 6.0 bala qədər hiss olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm