Yaşar Cəfərli istefa verdi
Bizi izləyin

Qırmızı.az

Yaşar Cəfərli istefa verdi

Yaşar Cəfərli istefa verdi

“Ehtiyatda və İstefada olan Zabitlər” ictimai birliyinin sədri Yaşar Cəfərli QHT-lərin “Təhlükəsizlik, Demokratiya və İqtisadi İnkişaf” koalisiyasının prezidenti vəzifəsindən istefa verib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Y. Cəfərli bəyanat yayıb. O, bildirir ki, bu il fevralın 27-də 50 yaşı tamam olur: “Dost-tanış da bilir ki, mən təşkilat rəhbəri və koalisiya koordinatoru olaraq ictimai fəaliyyətimi 50 yaşım tamam olan gün dayandıracağımı söz vermişdim.

28 fefral 2014-cü il tarixindən etibarən “Ehtiyatda və İstefada olan Zabitlər” ictimai birliyinin sədri, QHT-lərin “Təhlükəsizlik, Demokratiya və İqtisadi İnkişaf” Koalisiyasının (“SeDEP” QHT-lər koalisiyası) prezidenti olaraq ictimai fəaliyyətimi dayandıracağımı bəyan edirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm