• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Şeyx Suriya və İraqa döyüşməyə gedənlərə müraciət etdi - (Video)

Şeyx Suriya və İraqa döyüşməyə gedənlərə müraciət etdi - (Video)

Qafqaz Müsəlmanları İdarəsinin rəisi Hacı Allahşükür Paşazadə ANS-in "Hesabat"ına müsahibə verib

"Hesabat": - Mənim sualım intiharlar zəminində idi. Yəqin, İslam dininin intiharları yasaq etməsi kimi məsələlər danışılır, söhbətlər edilir. Digər hansı məsələlərdən danışılır?

Hacı Allahşükür Paşazadə: - Vətən məfhumunu bunlara başa salmaq lazımdır. Mən demirəm ki, orada qulluq edən əsgərlərə vətən məfhumunun nə olduğunu hərbi nazirlik başa salmır. Yox. Nazirlik bunun nə olduğunu sadəcə siyasi və dövlətçilik tərəfindən başa salır. Amma din tərəfdən yanaşılmır. Peyğəmbər əleyhissəlam “Hubbul vətən minəl iman” ("vətəni sevmək imandandır") deyəndə nə demək istəyirdi: məqsəd nədir, vətən nə deməkdir və özünü şəhid etmək nə deməkdir, şəhidlik məqamı nə deməkdir. Peyğəmbərin hədisi var. Şəhidlik başlayır əvvəl ailədən, ailəni, namusu, sərhədi, vətəni qorumaqdan, ta gəlir yuxarı. Ona görə də biz istərdik ki, bizim cavanlarımız, xüsusilə yeniyetmələr bu kimi fikirlərə malik olsunlar. Orada mənəvi ehtiyacları olanlar da var.

"Hesabat": - Həcc ziyarəti yaxınlaşır. Mən bilirəm ki, həmişə çox böyük möhtəşəmliklə hazırlaşırıq Həcc ziyarətinə. Budəfəki hazırlıq vəziyyəti, ümumiyyətlə, çətinliklər, bizim əvvəlki ziyarətlərdə görmədiyimiz, bu dəfə rastlaşacağımız çətinliklər...

Hacı Allahşükür Paşazadə: - Bizim axır vaxtlarda çətinliklərimiz daha çox təyyarə ilə bağlıdır. Çünki bütün keçmiş SSRİ ölkələrindən gedənlər təyyarə ilə gedir. Özbəkistandan 5-6 min gedir, Türkmənistandan da bir o qədər. Məsələn, Dağıstandan 10 mindən yuxarı gedir. 25 min Rusiyadan gedir. Onlar hamısı öz təyyarələri ilə gedirlər.

"Hesabat": - Biz də yəqin gedirik öz təyyarəmizlə.

Hacı Allahşükür Paşazadə: - Yox, biz axır vaxtlat getmirik. Bunun üçün müraciət etmişik prezident həzrətlərinə. İstəyirik ki, bizim təyyarələr aparsın. Çünki belə bizim üçün çox çətindir.

"Hesabat": - İraqda baş verən hadisələr Kərbəlanı ziyarət eləmək istəyən insanların arzularını risk altında qoyur. Mən bilirəm, Azərbaycanda çoxlu insanlar var ki, Kərbəlayı olmaq istəyirlər. Amma müəyyən səbəblərdən ola bilmirlər.

Hacı Allahşükür Paşazadə: - Bu İŞİD deyirlər,- belə qüvvələr var ki, bu insanlar “Allahu Əkbər” deyərək insanları öldürənlər, şəhid edənlər - bunlar heç biri İslam deyil. Mənə elə gəlir ki, o dövlətlər ki İslama qarşı mübarizə aparırlar və aparmaq istəyirlər, onlar bunların əli ilə mübarizə aparırlar. Bu gün İslam deyəndə hamı qorxmağ başlayır. Həm Avropada, həm başqa tərəflərdə. Vaxtilə İslam deyəndə, peyğəmbər deyəndə Nur yada düşürdü, ehtiram yada düşürdü. İndi İslam deyəndə qılınc yada düşür, qaranlıq yada düşür. Bu fikri kim yaradıb? O adamlar yaradıblar. Bunlar küfr edirlər. Bir müsəlmanın digər bir müsəlmanın qanını axıtmağa ixtiyarı yoxdur. Ümumən müsəlman olmasa da günahsız insanı öldürmək çox böyük günahdır. Mən yenə də tövsiyə edərdim ki, bizim insanlarımız başa düşsünlər. Öz vətəni dura-dura, Azərbaycan qala-qala bəzi insanlar gedib orda vuruşurlar. Ölənlər də var. Özlərini şəhid adlandırırlar. Onlar şəhid deyil. O insanlar bilsinlər ki, bizim burada, işğal altında Qarabağ torpağımız var. Şəhid o adamdır ki, öz ailəsini, öz namusunu, öz qeyrətini, öz vətənini və öz torpağını qoruyarkən ölsün. Bu, axı din deyil.

"Hesabat": - Onda gəlin burada dayanaq və Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə kimi, eyni zamanda dünya müsəlmanlarının nüfuzlu lideri kimi sizi kameramızla 1 dəqiqəliyə tək qoyaq və siz yolunu azmış insanlara müraciət edin.


Hacı Allahşükür Paşazadə: - Allahı istəyən, Qurana inanan, peyğəmbərə inanan, 124 min peyğəmbərə inanan, bizi birləşdirən Qurandır və getdiyiniz bizi birləşdirən yol deyil. Bu gün öldürmək yol deyil, "Allahu Əkbər" deyib kiminsə boynunu kəsmək yol deyil, qarət eləmək yol deyil. Ona görə də mən bir daha istərdim ki, bizim insanlarımız,- bu gün Ramazan ayı başladı,- bu ayın xatirinə onlar qılınclarını yerə qoysunlar, qayıtsınlar ailələrinə, insanlara qiymət versinlər. Onlar çox gözəl bilirlər ki, bir insanı öldürənin bütün insanları öldürən qədər günahı var. Allahın yaratdığı məxluqu öldürmək Allaha qarşı getmək deməkdir. Allaha üsyan eləməkdir. Aldadırlar sizi, səhv yola aparırlar. Bu yoldan tez tövbə edin və geri qayıdın. Mən əsas azərbaycanlıları nəzərdə tutram. Çünki mənim vətənimdir və mənə maraqlıdır. Bu vətənin torpağının 20 faizi ermənilər tərəfindən işğal olunub. Bizim məscidlərimiz var, ziyarətgahlarımız var, atalarımızın qəbirləri var. Bunların üstündən keçərək gedib orada məscidləri dağıtmaq, insanları öldürmək böyük günahdır və olmaz.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR