Nazir müavini Zaqataladadır
Bizi izləyin

Qırmızı.az

Nazir müavini Zaqataladadır

"Zəlzələ baş verdiyi ilk anda insanlarda narahatlıq yaranıb və mənzillərindən kənara çıxıblar. Təmiri nəzərdə tutulan bəzi evlərdə çatlar genişlənib. Xəsarət alan, yaralanan olmayıb. Amma gecə vaxtı yerlərə rayon Fövqəladə Hallar Komissiyasının əməkdaşları baş çəkib, insanlarla görüşüb, qəza baş verən binalara baxış keçiriblər. Göyəm, Dombadinə, Faldarlı, Sabunçu kəndlərində əvəvki zəlzələdən qəzalı vəziyyətdə olan evlərdə dağıntı baş verib".

Bu barədə Publika.az-a açıqlamasında Zaqatala rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Elman Ramazanov deyib.

Onun sözlərinə görə, dağıntı baş verən evlər əvvəldən qəzalı kimi qeydə alınan və bərpa gücləndirmə rəyi verilən mənzillərdir.

“Çoxmənzilli binalarda yaşayan insanlar küçələrdə yaradılmış xeyir-şər evlərində yerləşdirilib. Təhlükəli binalarda qalmamaları, həmçinin Fövqəladə Hallar Nazirliyi tərəfindən yığma konstruksiyalı mənzillərdə qalmaları tövsiyə edilib. Hazırda fövəqəladə hallar nazirinin müavini, general Raqim Lətifovun rəhbərlik etdiyi komissiya rayondadır. Yerlərdə faktiki vəziyətlə tanış olmaq üçün Fövqəladə Hallar Komissiyasının üzvləri bölgələrə göndərilib və qiymətləndirmə aparılacaq. Qiymətləndirmədən sonra dəymiş ziyan müəyyən ediləcək, dağılmış evlərdə bərpa işləri aparılacaq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm