• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Ramiz Mehdiyev korrupsiya ilə mübarizədən danışdı

Ramiz Mehdiyev korrupsiya ilə mübarizədən danışdı

Bakıda Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi ilə əlaqədar Azərbaycan Hökuməti və Avropa Şurası tərəfindən Avropa Şurasının Korrupsiyaya Qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) və Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) iştirakçılığı ilə "Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr" mövzusunda beynəlxalq konfrans keçirilir.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının rəhbəri, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın sədri, akademik Ramiz Mehdiyev konfrans iştirakçılarını salamlayaraq qeyd edib ki, korrupsiyaya qarşı mübarizədə bir çox ölkələrdə, o cümlədən Azərbaycanda gözəl təcrübə qazanılıb. Onun sözlərinə görə, Prezidentin sərəncamları ilə ölkədə mühüm qurumlar yaradılıb. R.Mehdiyev buna misal olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, eləcə də "ASAN xidmət"in adlarını çəkib.

Onun sözlərinə görə, "ASAN xidmət" çox unikal qurumdur: "Gələn qonaqlar böyük məmnuniyyətlə qurumu müşahidə edib və öz gözəl fikirlərini səsləndiriblər ki, Azərbaycanda həqiqətən çox güclü sistem yaranıb. Azərbaycan vətəndaşları bu qurumdan istifadə etmələri ilə bağlı öz razılıqlarını bildiriblər".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR