"ASAN xidmət"in fəaliyyəti korrupsiya hallarını istisna edir
Bizi izləyin

Qırmızı.az

"ASAN xidmət"in fəaliyyəti korrupsiya hallarını istisna edir

Azərbaycanda korrupsiya ilə səmərəli mübarizə üçün bütün imkanlar mövcuddur.

Bunu Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Bakıda "Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

F.Ələsgərov bildirib ki, korrupsiyaya qarşı mübarizə Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətidir.

PA rəsmisi qeyd edib ki, müstəqil Azərbaycanın korrupsiyaya qarşı mübarizə tarixi çox qədim olmasa da, bir sıra çətinlik və mərhələlərdən keçib. Onun sözlərinə görə, 1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı qanunvericilik bazası olmayıb:

"İqtisadi cəhətdən tənəzzülə uğramış ölkəmiz, eyni zamanda, Ermənistan tərəfindən təcavüzə məruz qalıb. Ərazilərimizin 20 faizi işğal edilib. Belə ağır şəraitdə ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində siyasi sabitliyə əsaslanan hüquqi dövlət qurulub. Bu gün Azərbaycanda daha yüksək hədəflərə nail olmaq üçün tədbirlər görülür, korrupsiyaya qarşı mübarizə tədbirləri gücləndirilir".

F.Ələsgərov bildirib ki, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi kimi ixtisaslaşdırılmış qurumlar bu sahədə dövlət siyasətinin formalaşdırılmasında, həmçinin cinayət təqibinin həyata keçirilməsində davamlı fəaliyyət göstərir. Azərbaycanda "ASAN xidmət"in fəaliyyət göstərməsi isə korrupsiyaya hallarını tam istisna edir və vətəndaşların dövlət qurumlarına etimadını artırır. Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq qurulub və bu əməkdaşlıq davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm