Gəncə-Bakı reysində gecikmə olub
Bizi izləyin

Qırmızı.az

Gəncə-Bakı reysində gecikmə olub

Ötən gün Gəncədən Bakıya uçan təyyarələrdə gecikmə olub. Ötən gün gönorta saatlarında Bakıya gəlməli olan sərnişinlərə reysin növbəti saatlara təxirə salındığı deyilib. Lakin sərnişinlər Bakıya gələ bilməyib.

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) xidmət rəisi Məhərrəm Səfərli Publika.az-a açıqlamasında gecikmələrin hava şəraiti ilə əlaqədar olduğunu deyib.

“Bütün günü Gəncə-Bakı trasında dolu müşahidə edilib. Dolu təyyarələrin hərəkətinə problem yaradıb. Gün ərzində Gəncədən Bakıya gəlməli olan bütün reyslər təxirə salınıb. Bu gün səhər saatlarında bir təyyarə Bakıya gəlib. Hava şəraiti normal olarsa, digər reyslər də gün ərzində gələ biləcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm