Avropa Gənclər Forumunun nümayəndələri Gəncədə
Bizi izləyin

Qırmızı.az

Avropa Gənclər Forumunun nümayəndələri Gəncədə

Avropa Gənclər Forumunun nümayəndələri Gəncədə

Bu gün Avropa Gənclər Forumunun məşvərət şurasının nümayəndələri Gəncə şəhərinin aparıcı gənclər təşkilatlarının nümayəndələri ilə Vego otelində görüş keçirib. Görüşdə Qeyri Hökümət Təşkilatlarının sədrləri və yerli fəal gənclər iştirak ediblər.

Gəncə şəhər Gənclər İdman baş idarəsinin rəisi Müşfiq Cəfərov çıxış edərək, görüşün əsas məqsədinin Avropa Gənclər Forumunun məşvərət şurasının nümayəndələri ilə burada olan milli şuralar arasında geniş əlaqələr yaratmaq olduğunu bildirib.

Geniş tanışlıq mərasimindən sonra fəal təşkilat nümayəndələri öz planları, təklifləri və layihələri ilə çıxış ediblər. Səslənən təkliflərin bir neçəsi nəzərə alınaraq, tədbirlər planına əlavə olunub.

Görüşdə bir neçə beynəlxalq təşkilatın Gəncədə nümayəndəliyinin açılması, birgə layihələrin həyata keçirilməsi, xaricdə yaşayan soydaşlarımızın da keçirilən beynəlxalq tədbirlərdə iştirak etməsi ilə bağlı müzakirələr olunub.

Qeyd edək ki, keçirilən görüşdə Gürcüstan, Ukrayna, Macarıstan, Finlandiya, Moldovadan gələn gənclər və təşkilat nümayəndələri olub. 30 nəfərdən çox fəalın iştirakı ilə baş tutan yığıncaq gələn qonaqlarda xoş təəssürat yaradıb.

“Yeni Gəncə” qəzeti

Oxumağa davam et
Reklam
Reklam

Gündəm