Baş Prokurorluq qətllə bağlı açıqlama yayıb
Bizi izləyin

Qırmızı.az

Baş Prokurorluq qətllə bağlı açıqlama yayıb

Baş Prokurorluq Sabirabad rayonunda törədilən dəhşətli qətllə bağlı məlumat yayıb.


Qurumun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, iyunun 28-də Sabirabad şəhər sakini Abbas Nazim oğlu Fətullayevin qəsdən öldürülməsilə bağlı məlumat daxil olub. Daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Bundan başqa, cinayət əsasında digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.


Fakta görə, rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.


İstintaqla Araz Fərəcovun qeyd edilən tarixdə saat 04:00 radələrində Sabirabad şəhəri, Ə.Kərim küçəsində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Abbas Fətullayevin boğaz nahiyəsinə kəsici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsində şübhələnməyə kifayət qədər əsaslar olduğundan, o, tutularaq istintaqa cəlb olunub.


Araz Fərəcov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və rayon məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.


Hazırda iş üzrə istintaq davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm