Azərbaycanın ən dağıdıcı zəlzələləri
Bizi izləyin

Qırmızı.az

Azərbaycanın ən dağıdıcı zəlzələləri

Azərbaycanda ilk böyük zəlzələ 5-ci əsrə təsadüf edir. Belə ki, 427-ci ildə Gəncə şəhərindən təqribən 25km cənub-şərqdə 9 bal gücündə zəlzələ nəticəsində yüz minlərlə insan həlak olub.

700 il sonra, 1139-cu ilin sentyabrın 30-da Gəncədən 50km cənubda yenidən dəhşətli zəlzələ baş verib. Belə ki, 9 ballıq zəlzələ nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib və Göygöl, Maralgöl, Ceyrangöl, Ördəkgöl, Zalugölü, Ağgöl, Qaragöl və Şamlıgöl yaranıb. Kənd və qalalar yerlə yeksan olub. Bəzi mənbələrə görə 230 min, bəzilərinə görə isə 300 min insan həlak olub. Zəlzələdən sonra Gəncə şəhəri əvvəl yerləşdiyi ərazidən bir az şərqdə yenidən salınıb. 1935-ci ildə Gəncədə yenidən böyük dağıntılara səbəb olmuş "Zurnabad zəlzələsi" qeydə alınıb.

Azərbaycan tarixində ən böyük zəlzələlərdən biri 1667-ci ildə Şamaxıda baş verib. Zələzələnin gücünün 10 bala qədər olduğu ehtimal olunur. 1669 və 1671-ci illərdə Şamaxıda baş verən zəlzələlərin gücü də tarixdə ən dağıdıcı zəlzələ kimi qeyd olunur. ABŞ-ın Geologiya İdarəsi dünyanın ən çox can alan 28 böyük zəlzələsinin siyahısını hazırlayıb. Həmin siyahıda 1667-ci ildə baş verən Şamaxı zəlzələsi də yer alır:


İl

Zəlzələ baş verən məkan

İnsan tələfatı

Zəlzələnin gücü (Rixter şkalası ilə)

1556

Çin, Şansi

830 000

Bilinmir

1976

Çin, Tanşan

270 000

7,5

1138

Suriya, Hələb

230 000

Bilinmir

2004

Sumatra, qərb sahili

227 898

9,15

1927

Çin, Sincan yaxınlığı

200 000

Bilinmir

Təxminən 856

İran, Damxan

200 000

Bilinmir

1920

Çin, Qansu

200 000

8,6

Təxminən 893

İran, Ərdəbil

150 000

Bilinmir

1923

Yaponiya, Kanto

143 000

Bilinmir

1948

Türkmənistan

11 000

1908

İtaliya

70 000-100 000

7,3

1290

Çin, Çihli

100 000

Bilinmir

2008

Çin, Siçuan

87 587

7,2

1667

Azərbaycan, Şamaxı

80 000

Bilinmir

1727

İran, Təbriz

77 000

Bilinmir

2005

Pakistan, Kəşmir

73 276

7,6

1755

Portuqaliya, Lissabon

70 000

Bilinmir

1932

Çin, Qansu

70 000

7,6

1970

Peru

66 000

7,9

1268

Türkiyə

60 000

Bilinmir

1693

İtaliya, Siciliya

60 000

Bilinmir

1935

Pakistan, Quetta

30 000- 60 000

7,5

1783

İtaliya, Kalabriya

50 000

Bilinmir

1990

İran, Gilan

35 000

7,7

2003

İran, Bam

31 000

6,6

2008

Çin, Siçuan

21 500

7,9

2001

Hindistan

19 700

7,7

1999

Türkiyə

17 800

7,4

Mənbə: Reuters/ABŞ-ın Geologiya İdarəsi

Azərbaycan ərazisində 9 ballıq seysmik zonaya daxil olan Şamaxıda tarix boyu dəfələrlə güclü zəlzələlər baş verib. Lakin sonuncu dəfə 1902-ci ilin fevral ayının 13-də baş vermiş 9-10 ballıq zəlzələ nəticəsində Şamaxı şəhəri yerlə-yeksan oldu.

Belə ki, həmin gün səhər tezdən başlayaraq hiss olunan zəif titrəyişlərə şəhər əhalisi əvvəlcə əhəmiyyət vermədi. Çünki seysmik cəhətdən aktiv olan bu ərazidə tez-tez baş verən zəlzələlərə yerli əhali artıq öyrəncəli idi. Günorta vaxtı isə qəflətən şimal-qərb istiqamətində yerləşən dağlar tərəfdən dəhşətli gurultu eşidildi və bir-birinin ardınca baş verən beş güclü təkan şəhəri tamamılə məhv etdi. 900 illik tarixi olan Cümə məscidi və digər qədim binalar torpaq içərisində görünməz oldu. Birinci təkandan sonra baş verən yanğın faciənin miqyasını daha da artırdı. Belə ki, qış vaxtı olduğundan, bir çox tikililərdə qızdırıcı kimi manqallardan istifadə edilirdi. Yanğına da həmin manqallar səbəb oldu. Zəlzələdən salamat qalan əşyaları yanğın külə çevirdi. Bu dəhşətli zəlzələ nəticəsində təxminən 2000 nəfər həlak oldu.

Eyni zamanda, Şamaxı zəlzələsi Abşeron yarımadasının ən iri vulkanlarından biri olan Güzdək Bozdağ vulkanının oyanmasına da səbəb oldu. Püskürmə zamanı vulkanın kraterində daldalanan 6 çoban və 2000 baş mal-qara bir anın içərisində məhv oldu.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi ölkə ərazisində baş vermiş güclü zəlzələlərin xronologiyası və xəritəsində dağıdıcı zəlzələlərin çoxunun Şamaxıda baş verdiyini açıqlayıb. Bu zəlzələlər 8-9 bal gücündə qeydə alınıb. Dağıdıcı zəlzələlərin baş verdiyi ərazilər sırasında Şamaxı, Gəncə, İsmayıllı, Ağdaş, Kəlbəcər, Culfa, Bakı da var. Azərbaycanın Şəki-Zaqatala, Şamaxı-İsmayıllı istiqamətləri, Talış dağ sistemi, Xəzər dənizi xüsusi aktiv zona hesab edilir.

Sonuncu dağıdıcı zəlzələ 2000-ci ildə 8 bal gücündə Bakıda baş verib. Bu zəlzələ nəticəsində tikililərdə çoxsaylı çatlar əmələ gəlmiş, suvaqlar qopub düşmüş, bəzi evlərin divarları aşmış və bir neçə insan həlak olmuşdu:

Bəzi dağıdıcı zəlzələlər haqqında məlumatlar

Tarix

Rayon

İntensivlik (I0, MSK-64 cədvəli üzrə, balla)

Dağıntı və tələfat

427

Gəncə

IX

Güclü dağıdıcı zəlzələ. Dağıntı və çoxsaylı insan tələfatı olmuşdur.

891

Ərdəbil

VIII - IX

Güclü dağıdıcı zəlzələ. Dağıntı və çoxsaylı insan tələfatı olmuşdur.

906

Naxçıvan

VIII

Dağıntı və insan tələfatı olmuşdur.

957

Xəzər dənizi

VII

Xəzər sahili bölgələrdə dağıntılar olmuşdur.

1139

Gəncə

IX

Güclü dağıdıcı zəlzələ. Dağıntı və çoxsaylı insan tələfatı olmuşdur. Relyef dəyişikliyi baş vermiş və Göygöl gölü əmələ gəlmişdir.

1235

Gəncə

VIII

Dağıntı və insan tələfatı olmuşdur, qruntda yarıqlar və çatlar əmələ gəlmişdir.

1667

Şamaxı

IX - X

Güclü dağıdıcı zəlzələ. Böyük dağıntılar, çoxsaylı insan tələfatı olmuşdur. Böyük sürüşmələr, uçqunlar və qruntda çatlar əmələ gəlmişdir.

1669

Şamaxı

IX

Güclü dağıdıcı zəlzələ. Dağıntı və çoxsaylı insan tələfatı olmuşdur.

01.01.1671

Şamaxı

VIII - IX

Güclü dağıdıcı zəlzələ. Dağıntı və çoxsaylı insan tələfatı olmuşdur.

01.02.1671

Şamaxı

VIII

Dağıntı və insan tələfatı olmuşdur.

09.08.1828

Şamaxı

VIII

Dağıntı və insan tələfatı olmuşdur.

11.06.1859

Şamaxı

VIII - IX

Güclü dağıdıcı zəlzələ. Əksər evlər dağılıb və ciddi zədələnib. Çox saylı insan tələfatı olmuşdur.

02.09.1869

Şamaxı

VIII

Dağıntı və insan tələfatı olmuşdur.

28.01.1872

Şamaxı

VIII - IX

Güclü dağıdıcı zəlzələ. Şamaxı şəhəri demək olar ki, tamamilə dağılmışdır. Dağıntı və çoxsaylı insan tələfatı olmuşdur.

Pərvin Zeynal

Oxumağa davam et
Reklam
Reklam

Gündəm