Bakı bulvarında görünməmiş vəhşilik
Bizi izləyin

Qırmızı.az

Bakı bulvarında görünməmiş vəhşilik

Ötən gün saat 21:00-da Bakının Səbayel rayonu ərazisində 21 yaşlı qızı vəhşicəsinə döyüblər. Səbayel Rayon Polis İdarəsinin 39-cu bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə bulvarda baş verib.

Belə ki, 1993-cü il təvəllüdlü Güleyşan Vaqif qızı Mustafayeva rəfiqəsi Fatimə Ağayeva ilə “Vikinq” attraksionunda əylənərkən qəfil gənc oğlanın hücumuna məruz qalıb. Gənc oğlan rəfiqəsilə əylənən qıza arxadan təpiklə vurub. Daha sonra qıza bir neçə yumruq zərbəsi endirib.

Qızların qışqırtısına ətrafda olan insanlar yığışıb. Bu zaman həmin oğlan ərazidən qaçıb. Deyilənlərə görə, oğlan qızları əvvəlcə izləyib və onlara söz atırmış.

Polis qızı döyən oğlanın axtarışlarına başalyıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm