Qırmızı.az
ATƏT-in tədbirində aksiya - FOTOLAR
ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü sessiyasında Jurnalist Ekspert Mərkəzi (JEM) kitab aksiyası keçirib.
Publika.az xəbər verir ki, JEM sədri Ceyhun Musaoğlu 18 yazarın ingilis dilində nəşr olunmuş hekayələrindən ibarət “Bizim hekayələr sizin dildə” - (“Our stories in your language”) kitabını ATƏT-in tədbirində iştirak etmək üçün ölkəmizdə səfərdə olan xarici qonaqlara, xüsusən də parlamentarilərə paylayıb.
Qonaqlar bu aksiyadan olduqca razı qalıblar. Hətta bir neçəsi fasilədə bəzi hekayələri oxuduğunu və bəyəndiklərini bildiriblər. Bir neçə xarici qonaq isə kitablardan daha çox götürüb. Onlar bildiriblər ki, bu kitabları ölkələrində həmkarlarına hədiyyə edəcəklər.
Qeyd edək ki, “Bizim hekayələr sizin dildə” kitabı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə JEM-in “Azərbaycanın istedadlı yazarlarını dünyaya tanıdaq” layihəsi çərçivəsində nəşr olunub.
Kitab azərbaycanlı oxucular tərəfindən də böyük marağa səbəb olub.
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var