AMEA-nın 3 yeni institutu yaradılacaq
Bizi izləyin

Qırmızı.az

AMEA-nın 3 yeni institutu yaradılacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 3 yeni elmi müəssisəsi - Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Elm Tarixi İnstitutu və Dünya Siyasəti İnstitutu yaradılacaq.

Akademiyadan verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bu gün keçirilən ümumi yığıncağında yaradılması nəzərdə tutulan Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Elm Tarixi İnstitutu və Dünya Siyasəti İnstitutu haqqında məlumat verilib.


AMEA rəhbəri alimlərimizin şə­­rəfli əməyinin stimullaşdırılması ilə bağlı təkliflərin ölkə rəh­bər­­liyi tərəfindən böyük həssaslıqla qarşılandığını, Azərbaycan elminin in­ki­şa­fı naminə akademiyaya hər cür qayğı göstərildiyini diqqətə çatdırıb, elmi ictimaiyyət adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli akademiyanın yeni nizamnaməsinin layihəsi haqqında geniş məlumat verərək bildirib ki, sənəd elmin inkişafının müasir tələblərinə uyğunlaşdırılıb, müvafiq komissiya və Rəyasət Heyəti tərəfindən baxılıb, müzakirə edilib. Akademik yeni nizamnamənin qəbulunu elmi fəaliyyət sa­həsində normativ-hüquqi bazanın gücləndirilməsi istiqamətində əhə­miy­yətli addım kimi qiymətləndirib. Sənədin layihəsi ümumi yığıncaq tərəfindən bəyənilib və qərarla qəbul edilib.

Müzakirəyə təqdim olunan növbəti məsələ "Azərbaycan Milli Elmlər Akademiyasının 2020-ci ilə qədər İnkişaf Konsepsiyası" olub. AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev bildirib ki, konsepsiyada elmi fəaliyyətin yeni əsaslarla təşkili, tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, elmi işçilərin sosial təminatının yaxşılaşdırılması və elmi infrastrukturun müasirləşdirilməsi kimi mühüm məsələlər nəzərdə tutulur. Maliyyələşdirmə mexanizimləri, maddi-texniki və normativ-hüquqi bazanın təkmilləşdirilməsi, həmçinin beynəlxalq elm məkanına inteqrasiya da konsepsiyada elmin inkişafına xidmət edən hədəflərdəndir.

Sənəd ümumi yığıncağın qərarı ilə qəbul olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm