Gizli yolla araq və valyuta keçirmək istədilər
Bizi izləyin

Qırmızı.az

Gizli yolla araq və valyuta keçirmək istədilər

Bu günlərdə Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Rusiya Federasiyası istiqamətindən Azərbaycan Respublikasına Hüseynov Xəyyam Xanlar oğlu və İsmayılov Elçin İsgəndər oğlu tərəfindən “DaımlerChraysler” markalı, H 027589 dövlət nömrə nişanlı markalı yük nəqliyyat vasitəsi ilə müxtəlif yüklərin arasında Rusiya Federasiyasına məxsus aksiz markaları ilə markalanmış spirtli içkilərin gətirilməsi barədə məlumat daxil olub.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Rusiya Federasiyasından Azərbaycana gələn “fəhlə geyimləri” və “fəhlə ayaqqabıları” yüklü “Daımler Chraysler” markalı, H 027589 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə “Samur” gömrük postunda baxış keçirilib.

Baxış keçirilməzdən əvvəl sürücülər, Azərbaycan Respublikası vətəndaşları Hüseynov Xəyyam Xanlar oğlu və İsmayılov Elçin İsgəndər oğlundan nəqliyyat vasitəsinin yük yerində hansı yüklərin olduğu soruşulduqda, onlar yük yerində fəhlə geyimləri və fəhlə ayaqqabıları yükünün olduğunu qeyd ediblər.

Bundan sonra qoşqunun yük yerinə baxış keçirilib, karton qutularda olan fəhlə geyimləri və fəhlə ayaqqabıları ilə əhatə olunmuş yüklərin arasından qara polietilen paketlərə bükülmüş bağlamalar aşkarlanıb. Həmin bağlamalar boşaldılaraq hal şahidlərinin iştirakı ilə açılıb, hər birinin içərisində 6 ədəd 0,7 litrlik olmaqla 96 karton qutuda, ümumi sayı 576 ədəd Rusiya Federasiyasına məxsus aksiz markası ilə markalanmış “Beluga Transatlantik Rasing” markalı araqlar aşkar edilib.

Xaçmaz Gömrük İdarəsinin əməkdaşları tərəfindən valyuta qaçaqmalçılığının da qarşısı alınıb.

Belə ki, Rusiya Federasiyası istiqamətindən Azərbaycan Respublikasına “Samur” gömrük postunun piyada keçidi ilə keçməklə gələn Rusiya Federasiyası vətəndaşı Raqimov Zaur Şamsaddinoviç postun giriş qapısına yaxınlaşıb və Azərbaycan istiqamətində giriş qapısında dayanan bir nəfərə əlində olan bağlamanı verib .

Sonra ondan bağlamanı qəbul edən şəxs saxlanılaraq postun gömrük zonasına dəvət edilib, Raqimov Zaur Şamsaddinoviçdən nə qəbul etdiyi barədə şifahi sorğu-sual olunub. Özünü Azərbaycan Respublikası vətəndaşı Güləhmədov Baləhməd Eldar oğlu kimi təqdim edən şəxs bildirib ki, ona ötürülən bağlamada pul olub. Bundan sonra, Raqimov Zaur Şamsaddinoviçin gömrük nəzarətindən gizli yolla Güləhmədov Baləhməd Eldar oğluna ötürdüyü valyutalara hal şahidlərinin iştirakı ilə baxış keçirilib və pulların 69 ədəd 500-lük avro, ümumi 34.500 avro olduğu müəyyən edilib.

Faktlarla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm