Səməd Seyidov Knessetin nümayəndə heyəti ilə görüşüb
Bizi izləyin

Qırmızı.az

Səməd Seyidov Knessetin nümayəndə heyəti ilə görüşüb

İyunun 30-da Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Knessetin nümayəndə heyətinin rəhbəri David Tsurun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları salamlayan rektor, professor Səməd Seyidov onları ADU-da görməkdən məmnun olduğunu dilə gətirdi. O, Azərbaycan və İsrail arasında olan əlaqələrdən danışaraq, iki ölkə arasında nəinki siyasi sahədə, təhsil sahəsində də uğurlu əməkdaşlığın olduğunu qonaqların diqqətinə çatdırıb.

Rektor, professor Səməd Seyidov universitetdə İsrail və Yaxın Şərq araşdırmalar mərkəzinin fəaliyyət göstərdiyini vurğuladı və mərkəzin gördüyü işləri yüksək qiymətləndirib. Professor Səməd Seyidov mərkəzin İsrail və Azərbaycan arasındakı əlaqələrin inkişafında yüksək ixtisaslı kadrların yetişdirilməsinə yardımçı olduğunu qonağın diqqətinə çatdırıb. O, Reginoşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində İsrailşünaslıq ixtisasında 40 tələbənin təhsil aldığını deyib. Rektor univeristetin bir çox Avropa universitetləri ilə həyata keçirdiyi proqramlar və layihələr haqqında danışaraq, bu lahiyələri İsrail univeristetləri ilə həyata keçirməkdə xüsusi önəm verdiyini bildirib.

İsrail Prezidenti Şimon Peres və xarici işlər naziri Avigdor Libermanın ADU-ya səfərlərini xatırladan S.Seyidov bunun universitetin həyatında əlamətdar hadisə olduğunu bildirib. Rektor universitetdə təhsil sahəsində münasibətlərə xüsusi əhəmiyyət verildiyini, İsrail səfirliyinin ADU ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb.

Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkür edən David Tsur Azərbaycanda və Azərbaycan Dillər Universitetində olmaqdan məmnun olduğunu deyib. O, İsrail ilə ikitərəfli əlaqələrin inkişaf etdiyini bildirib. David Tsur universitetdə fəaliyyət göstərən İsrail və Yaxın Şərq Araşdırmalar mərkəzinin işini yüksək qiymətləndirib. D.Tsur birgə lahiyələrin keçirilməsini, mübadilə proqramlarının əlaqələrin inkişafı üçün vacib olduğunu bildirib.

Görüşdə, həmçinin gələcək əməkdaşlıq perspektivləri, müəllim-tələbə mübadiləsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdən sonra qonaqlar İsrail və Yaxın Şərq Araşdırmlar Mərkəzi ilə tanış oldular və İsrailşünaslıq ixtisasında təhsil alan tələbələrlə görüşüblər.

Qeyd edək ki, görüşdə İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafael Harpaz da iştirak edirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm