Universitetə yeni prorektor təyin edildi
Bizi izləyin

Qırmızı.az

Universitetə yeni prorektor təyin edildi

İyunun 30-da Azərbaycan Dövlət İqtisad Universiteti Elmi Şurasının 2013/2014-cü tədris ili üçün sonuncu iclası keçirilib.

Universitetin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, iclas universitetin beynəlxalq fəaliyyətinin müzakirəsi ilə başlayıb. ADİU-nun beynəlxalq əlaqələrinin təkmilləşdiirlməsi ilə bağlı müxtəlif təkliflər səsləndirilib.

Universitetin rektoru, professor Ədalət Muradov universitetin prioritetlərini açıqlayıb. Bildirib ki, ADİU-nun ali məktəblərin nüfuzlu beynəlxalq reytinq cədvəllərində yer alması, təhsillə bağlı beynəlxalq layihə və qrantların cəlb edilməsi, müəllimlərin xarici dil biliklərinin artırılması və əcnəbi tələbələrin universitetə daha çox cəlb edilməsi ali təhsil ocağının qarşısına qoyduğu hədəflər sırasındadır.


Rektor əcnəbi tələbələri universitetə cəlb etmək üçün yeni tədris ilindən təkliflər hazırlanmasını tapşırıb.

Sonra 2013/2014-cü tədris ilində ADİU-nun elmi şurasının fəaliyyəti müzakirə olunub. Şuranın nəzdində komissiyalar yaranması qərara alınıb.


Tədbir cari məsələlərin müzakirəsi ilə davam etdirilib.

İclasda bildirilib ki, ADİU-nun ümumi işlər üzrə prorektoru Elçin Əliyev bundan sonra “Mülku müdafiə” kafedrasına rəhbərlik edəcək. Bu vəzifəyə isə Əziz Əzizov təyin edilib.


Elmi Şura üzvləri universitet “Ağsaqqallar şurası”nın Əsasnaməsini qəbul ediblər.


İclasda həmçinin dərs yükünün bölünməsi məsələsi müzakirə olunub. Kafedra müdirlərinə tapşırılıb ki, ictimai fəaliyyəti və ya hər hansı işlərinə görə dərsə gəlməyə imkanı olmayan müəllimlərə dərs yükü nəzərdə tutulmasın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm