Yazıçılar Birliyində kabinet qalmaqalı... (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Yazıçılar Birliyində kabinet qalmaqalı... (YENİLƏNİB)

Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu bu məsələ ilə bağlı AYB.az saytına açıqlama verib:

"Mənimlə Afaq Məsud arasında ziddiyyətlərin yaranması və yaşanması həqiqətə uyğun deyil, ağ yalandır. Təzə təyinatdan sonra mən Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin məlum binasında olmamışam, Afaq xanımla görüşməmişəm və deməli aramızda da heç bir ziddiyyət baş verməyib. Ümumiyyətlə istənilən məsələnin çox asanlıqla, danışıqla, eyni zamanda qanunlara, hüquqa müvafiq-mübahisəsiz həll olunacağına inanıram. Yeri gəlmişkən, mən Afaq Məsudu təzə görəvi münasibəti ilə təbrik edirəm.."

17:34

Afaq Məsud Yazıçılar Birliyinin Tərcümə Mərkəzindəkı kabinetindən çıxmaq istəmir.

Bu səbəbdən AYB Tərcümə Mərkəzinin yeni rəhbəri Səlim Babullaoğlu ilə sələfi arasında qalmaqal yaranıb. Yazıçılar Birliyinin sədri Anar da çarəsizdir.

Vaxtilə Azərbaycan Yazıçılar Birliyi Tərcümə Mərkəzinin rəhbəri vəzifəsində çalışmış yazıçı Afaq Məsud prezident İlham Əliyevin 16 may 2014-cü il tarixli sərəncamı ilə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru təyin edildi.

Afaq Məsudun AYB-də boş qalan yerinə isə AYB-nin "Dünya ədəbiyyatı" jurnalının baş redaktoru, şair Səlim Babullaoğlu gətirlidi.

Aktual.az-ın əldə etdiyi məlumata görə, yeni vəzifə sahibi Afaq Məsudla onun yerinə təyin edilmiş Səlim Babullaoğlu arasında ziddiyyətli məqamlar yaranıb.

Məlumatda bildirilir ki, Afaq Məsud yeni vəzifəyə təyin olunmasına baxmayaraq, vaxtilə rəhbəri olduğu Nərimanov rayonu, Şahin Mustafayev küçəsində yerləşən Tərcümə Mərkəzindəki iş otağını tərk etmək istəmir. Bu da Tərcümə Mərkəzinin yeni rəhbəri Səlim Babullaoğlunun haqlı narazılığına səbəb olub. Dəfələrlə iş otağını tərk etməsi üçün Afaq Məsuda müraciət etməsinə baxmayaraq, yazıçı xanım şairin bu müraciətini cavabsız qoyub və nəticədə, tərəflər arasında mübahisə yaranıb.

Bildirilir ki, hətta, AYB-nin sədri Anar Rzayevin müdaxiləsi və israrı da Afaq Məsudu fikrindən döndərməyib.

Mövzu ilə əlaqədar sayta danışan Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud bildirib ki, binanı tərk etmək fikrində deyil: "Başa düşə bilmirəm, nəyə görə çıxmalıyam ki? Oturmuşuq öz binamızda. Qaldı narazılığı varsa, bunu Səlim müəllimin özü ilə aydınlaşdırın. Mən bu haqda ətraflı danışmaq istəmirəm".

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev qısaca olaraq bildirib ki, yaranmış problemi həll etməyə çalışırlar: "Məsələdən xəbərim var, indi görək, problemi yoluna qoymaq üçün nə edə bilirik".

Sayt onu da xatırladıb ki, gün ərzində bir neçə dəfə səy göstərmələrinə baxmayaraq, şair Səlim Babullaoğlu ilə əlaqə yarada bilməyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm