İntihara cəhd: döyülən qadın özünü 4-cü mərtəbədən atdı
Bizi izləyin

Qırmızı.az

İntihara cəhd: döyülən qadın özünü 4-cü mərtəbədən atdı

Naxçıvanda intihara cəhd hadisəsi baş verib.

Publika.az-ın məlumatına görə, hadisə Naxçıvan şəhərində qeydə alınıb.

Fəridə Camalova həyat yoldaşı ilə aralarında yaranmış mübahisə zəminində intihar məqsədilə özünü yaşadığı binanın 4-cü mərtəbəsindən atıb. Nəticədə ağır xəsarətlər alan qadın xəstəxanaya yerləşdirilib.

Məlumata görə, ər-arvad arasında düşən davaya F. Camalovanın internetdən istifadə etməsi səbəb olub. Belə ki, həyat yoldaşı F. Camalovanı buna görə vurub.

Ərinin ona əl qaldırmasına dözməyən qadın özünü binadan atıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm