Əli Hüseynli: "Qanunvericilikdə şəffaflıq gücləndirilməlidir"
Bizi izləyin

Qırmızı.az

Əli Hüseynli: "Qanunvericilikdə şəffaflıq gücləndirilməlidir"

Qanunvericilikdə şəffaflıq mexanizmlərinin gücləndirilməsinə diqqət yetirilməlidir. Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.

Onun sözlərinə görə, Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı yaxşı qanunvericilik bazası var. Bununla belə, komitə sədri hesab edir ki, irəlidə görüləcək bir sıra işlər var: "Düşünürəm ki, onların bir hissəsini gərək ictimaiyyətlə müzakirə edək. Bəlkə də bu, mətbuatda geniş müzakirə olunmalıdır. Təkliflərdən biri gələcəkdə "Maraqların toqquşması haqqında" qanunun qəbul olunmasının mümkünlüyü zərurəti barədə ideyadır. Bu barədə fikir mübadiləsi aparmaq olar".

Millət vəkili qeyd edib ki, bir sıra halarda yeni yanaşmalar təklif edilir. Lakin ümumilikdə korrupsiyaya qarşı mübarizə ilə bağlı qanunlar səviyyəsində normativ baza kifayət qədər mükəmməldir.

Ə.Hüseynlinin fikrincə, qanunvericilklə məşğul olan bütün şəxslər daha vacib bir sahə üzərində düşünməlidir: "Bu, sahəvi qanunlarda şəffaflıq mexanizmlərinin yaradılması ilə bağlıdır. Məsələn, "İctimai iştirakçılıq haqqında" qanun artıq bir çox dövlət orqanlarını, o cümlədən parlamenti vadar edir ki, qanunların, qərarların qəbulunda ictimaiyyətin müzakirəsi təmin olunsun. Bu özü elə korrupsiyanın qarşısının almasında bir bazadır. Eyni zamanda, bütün digər sənədlərdə, qanunlarda da şəffaflıq mexanizmlərinin nəzərdə tutulması çox vacibdir. Əgər biz qanunvericilikdə şəffaflıq mexanizmlərini gücləndirsək, korrupsiyaya qarşı mübarizə işinə töhfə vermiş olarıq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm