İxtisas seçiminin vaxtı açıqlandı
Bizi izləyin

Qırmızı.az

İxtisas seçiminin vaxtı açıqlandı

Seçimlər iyulun 2-dən 10-dək internet vasitəsilə həyata keçiriləcək.

TQDK 9 illik bazada kolleclərə qəbul olmaq istəyən abituriyentlərə müraciət edib. Publika.az xəbər verir ki, bu barədə TQDK-nın rəsmi facebook səhifəsində qeyd edilib:

Əziz dostlar! Səhifəmizə ünvanladığınız çoxsaylı sualları nəzərə alaraq bu məlumatları bir daha nəzərinizə çatdırırıq və xahiş edirik ki, məlumatları diqqətlə oxuyasınız.

İstər 9-cu sinifi bu il bitirən, istərsə də əvəlki illərin məzunları üçün hər bir fənn üzrə abituriyentin balları hesablandıqda hər düzgün cavab 1 balla qiymətləndirilib. İxtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılır. İxtisas seçimi iyulun 2-dən 10-dək internet vasitəsilə həyata keçiriləcək. Yəni müsabiqə şərtlərini ödəyən abituriyentlər www. tqdk. gov.az saytına daxil olaraq ixtisas seçimi edəcəklər. Bu il qəbul aparılacaq ixtisaslar və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar 3 saylı "Abituriyent" jurnalında təqdim olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm