Qırmızı.az
Aydın Mirzəzadə: "Azərbaycan öz maraqlarını yaxşı qoruyur"
Yeni Azərbaycan Partiyası mediada yer
alan "Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Ağdam,
Füzuli və Cəbrayıl rayonları geri qaytarılır" informasiyasına
münasibət bildirib.
Publika.az-ın məlumatına görə, YAP-dan millət
vəkili seçilən Aydın Mirzəzadə vurğuladı ki, bu informasiya sadəcə
olaraq bir sayt versiyasıdır.
"Vaxtaşırı belə mövzuda müxtəlif məlumatlar daim
yayılır. Hesab edirəm ki, bu gün rəsmi opranların yaydığı
məlumatlar daha dəqiqdir, yəni danışıqlar gedir, müzakirələr
aparılır və Ermənistanın qeyri-konstruktiv mövqeyi problemin
həllinə maneçilik törədir. Bundan başqa bir mövqe öz təsdiqini
tapmır", - deyə millət vəkili bildirdi.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü
Aydın Mirzəzadə "Azərbaycanın Avrasiya İttifaqına daxil olması
realdırmı?” sualına “Hesab edirəm ki, yox” cavabını verdi və əlavə
etdi ki, Azərbaycan bu gün öz maraqlarını müxtəlif yerlərdən daha
yaxşı qoruya bilir.
“Ancaq deyirlər ki, Azərbaycan Avrasiya İttifaqına
qəbul ediləcəksə, torpaqlar geri qaytarılacaq” sualını isə millət
vəkili belə cabablandırdı: "Ola bilsin ki, bu ictimai rəyi öyrənmək
üçün ortaya atılıb. Azərbaycanın gələcəyinin Avrasiya İttifaqında
olması ideyasının ortaya atılmasında xaricdən müəyyən qüvvələr
maraqlıdır. Azərbaycan öz maraqlarını daha yaxşı qoruyur. Maraqları
harada yaxşı qorunursa, Azərbaycan ordadır".
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO