Özbəkistan müdafiə nazirinin birinci müavini Azərbaycana gəlib
Bizi izləyin

Qırmızı.az

Özbəkistan müdafiə nazirinin birinci müavini Azərbaycana gəlib

Özbəkistan Respublikasının müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi Azərbaycana rəsmi səfərə gəlib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 27-də Özbəkistan Respublikasının müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi general-mayor Şavkat Normatov Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində bir sıra görüşləri planlaşdırılır.

General-mayor Şavkat Normatovun rəhbərlik etdiyi nümayəndə heyətinin Silahlı Qüvvələrin Hərbi Akademiyasına, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə, Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinə və müdafiə sənayesi müəssisələrinə səfəri gözlənilir.

Özrbəkistan Respublikasının müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisi general-mayor Şavkat Normatovun rəsmi səfəri yanvarın 30-dək davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm