Kürdəmirdə yol terroru: 1 ölü, 5 yaralı
Bizi izləyin

Qırmızı.az

Kürdəmirdə yol terroru: 1 ölü, 5 yaralı

Kürdəmirdə 1 nəfərin ölümü, 5 nəfərin isə xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə bu gün axşam saat 22:00 radələrində Bakı – Qazax əsas magistral yolunun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb. Tovuz rayon sakini 33 yaşlı Kərimov Niyamməddin Allahverdi oğlu idarə etdiyi “KaMaZ” markalı yük maşınını yol kənarında dayanmış Şabran rayon sakini 34 yaşlı Məmmədtağıyev Mehrab Baba oğluna məxsus “VAZ - 2107” markalı minik maşınına çırpıb. Nəticədə hər 2 maşının sürücüsü və M. Məmmədtağıyevin həyat yoldaşı 28 yaşlı Məmmədtağıyeva Ofelya Əhəd qızı, qızları - 6 yaşlı Mehriban və 7 yaşlı Könül Məmmədtagıyevalar ağır vəziyyətdə Kürdəmir Mərkəzi Rayon xəstəxanasına çatdırılıb. Ailənin hələlik adı məlum olmayan daha bir üzvü 8 aylıq oğlan uşağı isə hadisə yerində dünyasını dəyişib.



Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm