Orxan Zeynalovun məhkəməsi başladı
Bizi izləyin

Qırmızı.az

Orxan Zeynalovun məhkəməsi başladı

Moskva sakini 25 yaşlı Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi ötən gün başlayıb.

Publika.az-ın məlumatına görə, proses başlamadan mətbuat nümayəndələrinin görüntü almalarına icazə verilib. Orxan Zeynalovun kameralar qarşısında özündən razı halı jurnalistlərin nəzərindən yayınmayıb. Nəzarətçilər arasında isə yenə də xüsusi təlim görmüş it vardı.

Daha sonra mətbuat nümayəndələri salondan çıxarıldı və iki saat davam edən iclasda dövlət ittihamçıları tərəfindən Orxan Zeynalovun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunduğu bildirdi. Orxan Zeynalov isə özünü ittiham üzrə təqsirli bilmədiyini deyərək hadisə zamanı Moskvada deyil Kolomna şəhərində olduğunu iddia etdi.

“Orxan Zeynalov hadisə zamanı başqa şəhərdə olduğunu deyir. Ona görə indi məhkəmə istintaqı əvvəla Orxan Zenyanolun hadisə günü harda olduğunu dəqiqləşdirməlidir. Hələ ki hadisənin əsas şahidləri dindirilməyib. Bizim məqsədimiz budur ki, hadisəni tam aydınlaşdıraq, əgər bu cinayəti törədən başqasıdırsa, onun azadlıqda qalmasının qarşısını alaq”, – deyə Orxan Zeynalovun vəkili Abbasmirzə Abdullayev bildirib.

Yegor Şerbakovun atası Vladimir Şerbakov isə məhkəmənin gedişatının onu qane etdiyini ve oğlunun qatilinin də Orxan Zeynalovun olmasından şübhəsi olmadığını deyib.

Moskva sakini Yegor Şerbakovun qətlində şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalov ötən gün başlayan məhkəmə prosesində müstəntiqlərin ittihamlarını qəbul etmədiyini və özünün günahsız olduğunu bildirib. Zərərçəkən tərəf və müstəntiqlər isə Orxan Zeynalova ən ağır cəzanın verilməsini tələb edirlər.

Məhkəmə prosesinə bu gün davam ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm