ATƏT monitorinq keçirəcək
Bizi izləyin

Qırmızı.az

ATƏT monitorinq keçirəcək

ATƏT növbəti dəfə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki vəziyyəti araşdıracaq.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 2-də Goranboy rayonu Tapqaraqoyunlu kəndinin cənub-qərb istiqamətindəki qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və səhra köməkçisi Yevgeni Şarov keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Piter Svedberq və Jiri Aberle keçirəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm