“Qış Liderlik Məktəbi” nə qeydiyyat başlayıb
Bizi izləyin

Qırmızı.az

“Qış Liderlik Məktəbi” nə qeydiyyat başlayıb

“Qış Liderlik Məktəbi” nə qeydiyyat başlayıb

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə gənclərin sosial aktivliyinin artırılması və inkşaf etdirilməsi üçün həyata keçirilən VIII Möcüzə - “Qış Liderlik Məktəbi” layihəsinə qeydiyyat başlayıb.

VIII Möcüzə - “Qış Liderlik Məktəbi” fevralın 10-dan 15-dək həyata keçiriləcək.

24 yanvar tarixindən etibarən gənclər atgti.az ünvanına daxil olaraq VIII Möcüzə - “Qış Liderlik Məktəbi” layihəsində iştirak etmək istəyən tələbələr online (onlayn) ərizə-anket formasını dolduraraq layihəyə qoşula bilərlər.

Qış “Liderlik Məktəbin”də bütün ali və orta ixtisas təhsil müəssisələrinin I və II kurs tələbələri iştirak edə bilərlər.

2010-cu ildən eitbarən ATGTİ tərəfindən ildə 2 dəfə reallaşdırılan bu layihənin məzunlarının sayı 700-ü ötüb.

Layihənin məzunlarının bir hissəsi hal-hazırda TGT sədrləri, beynəlxalq qurumların əməkdaşları, özəl şirkətlərin işçiləridirlər. Onların bir çoxu ölkəmizi beynəlxalq müstəvidə uğurla təmsil edir.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm