“Vor zakon” Əziz həbs edildi
Bizi izləyin

Qırmızı.az

“Vor zakon” Əziz həbs edildi

Çeçenistanda qanuni oğru tutulub.

Publika.az “Praym Kraym” agentliyinə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları bu gün Qroznı şəhərində beynəlxalq axtarışda olan “vor zakon” Əziz Batukayevi həbs edib. Saxlanılan Qırğızıstan vətəndaşı olduğundan Bişkekə təhvil veriləcək.

Batukayev keçən il apreldə səhhəti ilə əlaqədar həbsdən vaxtından əvvəl azad edilib. Həkimlərin diaqnozuna görə, qanuni oğru ölümcül xəstədir. Bəlkə də, bu səbəbdən o, əcdadlarının torpağına - Çeçenistana gəlib.

İş orasındadır ki, ölümcül diaqnoza baxmayaraq, Batukayev “səyahət”indən qalmır. Odur ki, bu ilin 30 aprelində Qırğızıstan məhkəməsi Batukayevin vaxtından əvvəl buraxılması haqda qərarı ləğv edərək, qanuni oğrunu yenidən beynəlxalq axtarışa verib.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm