• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

2689 şagirddən 44-ü 5 aldı

2689 şagirddən 44-ü 5 aldı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 29-da keçirilən imtahanlarda yüksək nəticə göstərən və iki qiymət alan şagirdlərin sayı açıqlanıb. TQDK-nın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, orta ümumtəhsil məktəbləri 9-cu sinif üzrə keçirilən imtahanda 692 ana dilindən, 758 nəfər riyaziyyatdan 2, 678 nəfər ana dili, 616-sı riyaziyyatdan 3, 145 nəfəri ana dili, 133 nəfər riyaziyyatdan 4, 54 nəfər ana dili, 62 nəfər riyaziyyatdan 5 alıb. Ümumilikdə 1569 nəfər imtahan verib.

11-ci sinif üzrə 1599 nəfər ana dili, 1656 nəfər riyaziyyatdan 2, 956 nəfər ana dili, 896 nəfər riyaziyyatdan 3, 112 nəfər ana dili, 106 nəfər riyaziyyatdan 4, 13 nəfər ana dili, 31 nəfər riyaziyyatdan 5 alıb. İmtahanda cəmi 2689 nəfər iştirak edib.

Qeyd edək ki, iyunun 29-da imtahan Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmaz şəhərlərində yaradılmış imtahan mərkəzlərində təkrar və eksternat qaydasında IX və XI sinifləri üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.
Həmin imtahanların nəticələri iyun ayının 30-da saat 18:30-dan etibarən TQDK-nın internet saytında yerləşdirilmişdir. İmtahanlarda iştirak etmiş şagirdlər Komissiyanın internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

Şagirdlər imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Buraxılış imtahanında ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavabların sayı 8-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR