Qırmızı.az
Nazirlik əlil gənclərə şəhadətnamə verdi
Cari ilin ilk yarımilində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində (Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Q.Qarayev küç.14) müxtəlif peşələr üzrə hazırlıq kurslarını bitirən və imtahandan uğurla keçən 52 nəfər əlilliyi olan şəxsə peşə şəhadətnamələri təqdim olunub.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, həmçinin 10 nəfər belə şəxsə yalnız özünüməşğulluq imkanlarına yiyələnə bildikləri üçün peşə kurslarını bitirmə barədə müvafiq arayışlar verilib. Sağlamlıq imkanları məhdud gənclərin qeyd olunan mərkəzdə yiyələndikləri peşələr üzrə qısa müddətdə işlə təmin olunması üçün onların yaşadıqları rayon (şəhər) Məşğulluq Mərkəzi ilə birgə tədbirlər görülür.
Hazırda mərkəzdə ölkənin müxtəlif bölgələrindən gəlmiş 90 nəfərə yaxın əlilliyi olan şəxs 10 peşə (kompyuter istifadəçisi, dərzi, bərbər, toxuculuq və s.) üzrə təlim keçir. Onlar təlim müddətində burada dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə təmin edilirlər.
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!