Korrupsiya ilə bağlı müraciətlərin 5-10 faizi cinayət tərkiblidir
Bizi izləyin

Qırmızı.az

Korrupsiya ilə bağlı müraciətlərin 5-10 faizi cinayət tərkiblidir

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin "Qaynar xətti"nə korrupsiya faktları ilə bağlı edilən müaciətlərin 5-10 faizi cinayət tərkubli olur.

Trend xəbər verir ki, bunu İdarənin rəisi Kamran Əliyev Azərbaycan Hökuməti və Avropa Şurası tərəfindən Avropa Şurasının Korrupsiyaya Qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) və Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) iştirakçılığı ilə Bakıda "Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr" mövzusunda keçirilən beynəlxalq konfransın 2-ci günündə çıxışı zamanı deyib.

"Korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış orqanlar: Azərbaycan təcrübəsi" mövzusunda çıxış edən Kamran Əliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin yaranması, fəaliyyəti və funksiyalarıı haqqında geniş məlumat verib.

Onun sözlərinə görə, ölkədə vətəndaşlar İdarənin nəzdində korrupsiyaya qarşı mübarizə məqsədilə yaradılmış "Qaynar xətt" vasitəsilə idarə ilə birbaşa əlaqə saxlayıb məlumat verə bilirlər. Bu məlumatlar həm ölkədəki vəziyyəti təhlil etməyə, həm də problemli sahələri müəyyənləşdirməyə imkan verir: "Qaynar xətt"ə gün ərzində xeyli sayda müraciətlər daxil olur. Daxil olan məlumatların yalnız 5-10 faizi cinayət tərkiblidir. Yerdə qalanlar əsasən mülki və inzibati xarakterli hüquq pozuntuları ilə bağlı olur. Lakin bu, bizə imkan verir ki, problemli sahələri müəyyən edək. Lazım gəldikdə həmin müraciətlər əsasında müvafiq nazirliklərə və digər dövlət qurumlarına sorğular verə bilirik".

K.Əliyev vətəndaşların müraciətlərinə operativ cavab verildiyini və müraciətlər arasında cinayət faktları olduqda, onlarla bağlı təcili və təxirəsalınmaz tədbirlər görüldüyünü də qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm