• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Soyğunçuluq edən Bakı sakini tutuldu

Soyğunçuluq edən Bakı sakini tutuldu

Bakı şəhər baş polis idarəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Səbail RPİ-nin 39-cu polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Rüfət Qəhrəmanov saxlanılıb.

Qeyd edək ki, Rüfət Qəhrəmanov iyunun 25-də Bül-bül prospektində Bakı şəhər sakini İsmayıl Orucovun fotoaparat ştativini, mobil telefonunu və içərisində 50 manat olan pul kisəsini əlindən alıb qaçıb.

Aparılan araşdırmalar zamanı o da müəyyən olunub ki, saxlanılan şəxs iyunun 26-da Neftçilər prospektində yerləşən ticarət mərkəzinin qarşısında Bakı şəhər sakini Yadigar Ağayevə məxsus avtomobildən mobil telefon oğurlayıb.

Hazırda istintaq tərəfindən Rüfət Qəhrəmanovun başqa cinayət əməllərində iştirakı araşdırılır.

Nicat

Xəbər lenti

DAHA ÇOX XƏBƏR