
Bərdədə azyaşlı uşaq suda boğulub.
Publika.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən
verdiyi məlumata görə, hadisə iyunun 30-da Bərdə rayonunun Qazaxlar
kəndində baş verib.
Kənd sakini, azyaşlı Saday Qaçaylı yaşadığı evin həyətində su hovuzuna düşüb. Uşaq hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.