Həmyerlimiz körpə qızı şirin ağzından aldı - VİDEO
Bizi izləyin

Qırmızı.az

Həmyerlimiz körpə qızı şirin ağzından aldı - VİDEO

Kiyev yaxınlığında bir sirkdə baş verən hadisə zamanı həmyerlimiz qəhrəmanlıq edib

Azərbaycanlı gənc körpə qızı şirdən xilas edib. Anspress-in Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, Kiyev yaxınlığında bir sirkdə baş verən hadisə zamanı həmyerlimiz qəhrəmanlıq edib.

Elektrik qatarını gözləyən Raqif Qasımov stansiya yaxınlığındakı sirkdən gələn uşaq çığırtısını eşdib. Düşünmədən həmin yerə yönələn gənc vəhşi şirin körpəni parçalamaq istədiyini görüb. Hasardan tullanaraq şirə gtərəf irəliləyən soydaşımız körpəni xilas edə bilmək üçün qızışmış şirə daş atmağa başlayıb.

Bu zaman səs-küyü eşidən ətrafdakılar da hadisə olan yerə yönəlib. Qışqırıqdan çəkinən şir geri çəkildikdən sonra uşağı xilas etmək mümkün olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm