“Çernobılı partlatmağı Qorbaçov əmr etmişdi” – SSRİ-nin süqutuna səbəb olan faciə haqda müdhiş faktlar
Bizi izləyin

Qırmızı.az

“Çernobılı partlatmağı Qorbaçov əmr etmişdi” – SSRİ-nin süqutuna səbəb olan faciə haqda müdhiş faktlar

SSRİ-nin Qərb hissəsində iqtidardan narazılıq yaratmaq üçün və ciddi siyasi, iqtisadi zərbə vurmaq üçün Çernobıl AES-i Qərblə gizli əməkdaşlığa başlamış SSRİ-nin rəhbər şəxsləri tərəfindən sanksiyalaşdırılmışdı.

2011-ci ilin sonunda Moskvada "Çernobıl qəzasının sirləri" adlı kitab nəşr edildi. Kitabın müəllifi nüvə fiziki Nikolay Kravçukdur(bozqurd.com).

Qeyd edək ki, Nikolay Kravçuk Moskva Dövlət Universitetinin fizika fakültəsinin atom nüvəsi nəzəriyyəsi kafedrasında təhsil almış və Ukrayna Elmlər Akademiyasının Nəzəri Fizika İnstitutunda çalışmışdı. Əsəri bitirmək ərəfəsində kitab barədə məlumat Ukrayna KİV-lərinə sızdı. Nəticədə, ona qarşı təzyiqlər başlamış, N.Kravçuk vəzifəsindən azad edilmişdir. Sonrakı təzyiqlərə dözməyərək alim Ukraynanı tərk etmiş və Moskvaya köçmüşdür. Ona görə də onun əsəri Moskvada çap olunub. Qeyd edək ki, ilk əvvəl bu əsərə maraq çox az idi. Amma 2013-cü ildə bu əsərə maraq olduqca gücləndi.

Rusiyada əsərlə tanış olan nüvə alimləri doktor İ.A.Kravets və doktor V.A. Vışinski əsərə yüksək qiymət verdilər. Kravçukun kitabı Ukraynanın geniş ictimaiyyətinə çatmamışdı. Əsəri Ukrtaynada Kiyev Rus Klubunun fəalları yaydılar.

Hal-hazırda əsər ingilis və alman dillərinə tərcümə olunub və Qərbdə yayılır. Müəllif iddia edir ki, Çernobıl Atom Elektrik Stansiyasındakı (AES) qəza Mixail Qorbaçov və onun məhdud etibar çevrəsinə daxil olan SSRİ Kommunist Partiyası rəhbərləri tərəfindən həyata keçirilmişdi. Qəza üçün günah isə, stansiyanın personalı üzərinə atıldı.

1986-cı ilin avqustunda Çernobıl AES-də baş vermiş qəzanın rəsmi versiyası MAQATE-nin sessiyasına təqdim olundu. MAQATE mütəxəssisləri öz rəylərində bildirirdilər ki, səbəbi personalın buraxdığı səhvdə axtarmaq inandırıcı görünmür.

Odövrkü SSRİ Enerji Nazirliyi, Rusiya Federasiyası Atom Nazirliyi və Ukrayna Dövlət Atom Komitəsi bacardıqca işi ört-basdır etməyə çalışırdılar.

Kravçuk yazır: "1986-cı ildə 1-23 aprel arasında AES-in reaktorunun fəal zonasının durumu kəskin dəyişir. Bu cür dəyişmə təsadüfi ola bilməzdi və əvvəlcədən planlaşdırılmış işin tərkib hissəsi idi. AES-də mahiyyəti həm o dövrdə, həm də indi məlum olmayan sınaq keçirilməyə başladı. Çernobıl qəzasının birinci müəmması məhz bu idi.

Sınağın keçirildiyi 4-cü enerji blokunda radiaktiv materialların maksimal kəmiyyəti var idi. Sınaqlar anında reaktor sabit vəziyyətdə deyildi və gücü enirdi. Reaktorun bir sıra guşələrində sualtı atom qayıqlarından olan zənginləşdirilmiş yanacaq (plutonium-239) var idi ki, onlar da reaktorun gücünün artmasına və fəal zonada hərarətin qalxmasına təkan verdi. Qəzanın ikinci müəmması bu idi ki, stansiyanın mütəxəssisi A.Çernışev sınaqlar günü məlum olmayan səbəblərdən stansiyaya buraxılmadı. Stansiyada olan əməkdaşlar isə, sınaqların rəhbərindən A.Dyatlovdan tələb edirdilər ki, sınaqlar dayandırılsın. Amma A.Dyatlov buna məhəl qoymurdu. AES-in ərazisinə girişin buraxılış məntəqəsində isə, A. Çernışevə bildirilmişdi ki, o evə qayıtsın və öz işi ilə məşğul olsun.

Güclənən reaktoru qarşısını ala biləcək qrafit içliklərin ehtiyatı tükənmişdi. Bunu öncədən A.Dyatlov da bilirdi.

Sonrakı hadisələr isə, bütünlüklə anlaşılan deyildi və müəmmalarla dolu idi. Birincisi, Reaktorun qəzadan müdafiə vasitələrinin böyük bir hissəsi söndürülmüşdü. İkincisi, eksperiment işlək olan 7 saylı turbogeneratorda deyil, podşipniki (maşında oxun və ya valın oturduğu dayaq) sınmış 8 saylı turbogeneratorda keçirirdilər. Bu qüsur isə 1 ay idi ki, bütün personala məlum idi. Eksperiment zamanı rezonansın təzyiqinə qüsurlu vəziyyətinə görə davam gətirə bilməyən 8 saylı turbogeneratorda buxar partlaması baş verir. Nəticədə, yüksək hərarətdə su buxarı hidrogen qarışığına çevrildi. Bu qatışığın təzyiqi altında məlum olmayan səbəblərdən reaktorun içərisinə yerləşdirilmiş plutonium – 209 yanacağında başlamış fiziki-kimyəvi proses onu kritik kütləyə çevirdi. Bu isə elmdə "kvazi nüvə partlayışı" kimi məlum olan qəzaya gətirib çıxardı. Yalnız bu partlayış reaktorun kamerasının üzərini örtmüş 2000 ton ağırlığında qurğuşun damın 90 dərəcə yerinin dəyişməsinə səbəb oldu. Partlayış nəticəsində yaranan 40 min selsi istilik dərəcəsində kritik kütlə tezliklə plazmaya çevrildi.

Bütün bu partlayışlar təqribən 6 bal gücündə zəlzələ qədər seysmik titrəyiş verməli idi. Bu, baş vermişdi, amma nədənsə heç bir sənəddə öz əksini tapmamışdı.

Hətta bu cür qəzadan sonra nüvə mütəxəssisləri gərək qəza zonasını bor turşusu olan kisələrlə bağlamalı idilər. Bu üsul ilə radiaktiv zəhərlənmənin, hərarətin qalxmasının qarşısını almaq olardı. Amma bunun yerinə qəza kamerası və turbogeneratorun bütün zonası su və qumla örtülməyə başladı. Bu isə plutoniumun reaksiyasını daha da gücləndirdi və silsilə partlayışlar baş verdi.

Lakin yenidən səhv etdiklərini gördükdən sonra 50 km radiusunda bütün əhalinin təxliyəsini təşkil etmək əvəzinə, stansiya rəhbərliyi və müvafiq dövlət orqanları tam sükut içərisində idilər.

Çox maraqlıdır ki, mənası bilinməyən həmin eksperimentlər digər generatorlarda da keçirilməli idi. Görünür, burada məqsəd o idi ki, əgər qüsura malik 8 saylı turbogeneratorda qəza baş verməsə, qəzanı digər turbogeneratorda törətmək və məqsədli şəkildə Çernobıl AES-nin qəzasına nail olmaq.

Eksperimentin rəhbəri A.Dyatlov istintaq və məhkəmə vaxtı özünü elə arxayın aparırdı ki, bu, hətta məhdud sayda şahidlərin də təəccübünə səbəb olmuşdü. Görünür, cinayətkar əmrlər vermiş və Çernobıl AES-in dağılmasına nail olmuş A.Dyatlovun arxasında daha böyük adamlar dururdu. 1986-cı ildə Diatlov uzun müddətli həbsə məhkum edildi.

Amma cəmi 4 ildən sonra 1990-cı ilin oktyabrında xəstəliyi səbəbilə vaxtından əvvəl cəzasını çəkməkdən azad edildi. Qəza zamanı aldıqları yanıqların müalicəsi üçün keçmiş məhkum nə az, nə çox, Avropanın ən məşhur Münhen yanıq mərkəzində müalicə olunurdu. Ən maraqlısı isə o idi ki, onun əfvinə səbəb olmuş "ictimaiyyətin müraciətini" SSRİ-nin dağılmasında müstəsna rollardan birini oynayan akademik Saxarov, onun erməni arvadıYelena Əlixanyan – Bonner və digər Qərbin təsir agentləri imzalamışdılar. A.Dyatlov 1995-ci ildə infarktdan vəfat edir.

Kravçuka görə, A. Dyatlova bütün əmrləri SSRİ Kommunist Partiyasının Mərkəzi Komitəsinin Atom Energetikası şöbəsinin rəhbəri Georgi Kopçinski verirdi. O, əvvəllər özü Çernobıl AES-də işləmiş, SSRİ Nazirlər Sovetinin atom enerjisi və sənayesi rəhbəri olmuşdur. SSRİ dağıldıqdan sonra G. Kopçinski müstəqil Ukraynanın nüvə və radiasiya təhlükəsizliyi üzrə dövlət komitəsinin sədri olmuş, 2000-ci ildən etibarən isə Ukrayna dövlət atom komitəsinin baş direktorudur.

N.Kravçukun gəldiyi qənaətə görə, SSRİ-nin Qərb hissəsində iqtidardan narazılıq yaratmaq üçün və ciddi siyasi, iqtisadi zərbə vurmaq üçün Çernobıl AES-i Qərblə gizli əməkdaşlığa başlamış SSRİ-nin rəhbər şəxsləri tərəfindən sanksiyalaşdırılmışdı.

N. Kravçuk qeyd edir ki, hal-hazırda bu cinayətin birbaşa rəhbərlərindən biri olmuş Kopçinski ABŞ və Avropa nüvə elitasının sevimlilərindən "biri" sayılır. Kravçukun Ukraynada təqib olunmasının da əsas sifarişçisi məhz Kopçinski olmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm