Bakıda daha bir yol təmirə bağlanacaq
Bizi izləyin

Qırmızı.az

Bakıda daha bir yol təmirə bağlanacaq

Sabahdan Bakının mərkəzində daha bir yol təmirə bağlanacaq. Bunu Publika.az-a Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, paytaxtın Həsən Əliyev küçəsinin Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsindən Azər Əliyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində aparılan təmir işləri artıq yekunlaşıb. İyulun 2-də səhər tezdən isə həmin ərazidə yolun üfüqi nişanlanması işləri (xətlənmə) aparılacaq və gün ərzində yolun bu hissəsi istifadəyə veriləcək.

Qedy edək ki, Həsən Əliyev küçəsinin adıçəkilən hissəsində təmir işlərinə iyunun 23-dən başlanılıb.

P.Mürsəliyev əlavə edib ki, bundan sonra təmir işləri ilə əlaqədar Həsən Əliyev küçəsinin Azər Əliyev küçəsi ilə kəsişməsindən Tbilisi prospekti ilə kəsişməsinədək olan hissəsi bağlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm