Toydan çıxan sürücü qəza törətdi, yaralılar var
Bizi izləyin

Qırmızı.az

Toydan çıxan sürücü qəza törətdi, yaralılar var

Hadisə Bakı-Qazax avtomagistarlının 468-ci kilometrliyində qeydə alınıb. Rayonda yerləşən şadlıq evlərindən birində toydan iştirak edən Ağstafa sakini Abdulla Məmmədov idarə etdiyi "QAZ 3110" markalı avtomobillə magistrala çıxarkən Cavid Hacıyevin idarə etdiyi minik maşını ilə toqquşub.

Kəpəz TV xəbər verir ki, nəticədə "QAZ 3110"-nun sürücüsü və sərnişinləri Bakı şəhər sakiniMehdi Əzizov, Ağstafa rayon sakini Ceyhun Əliyev müxtəlif bədən xəsarətləri alaraq Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm