Qırmızı.az
Elnarənin «Jeep»i hələ də cərimə meydançasında saxlanılır – VİDEO
Müğənni Elnarə Xəlilovaya məxsus «Jeep-Wrangler» markalı avtomobil hələ də Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin cərimə meydançasında saxlanılır. İyunun 13-də axşam saatlarında Elnarə Xəlilovaya məxsus avtomaşının dövlət nömrə nişanının üzərinə kustar üsulla hazırlanmış qeyri-standart və üzərində müğənninin adı yazılmış löhvə aşkarlanmışdı. Bütün bunlar təhlükəsizlik kameralarında anbaan lentə alınıb. Sürücü xanım «Azneft» dairəsində yol polis əməkdaşları tərəfindən saxlanılır.
Ancaq o, əmrə tabe olmaq istəmir. Hətta adı yazılmış löhvəni özü qoparmaq istəyib. Lakin polis əməkdaşları buna imkan vermir. Və ona avtomaşınını cərimə meydançasına aparmaq üçün protokol təyin olunur. Bundan sonra müğənni bu azmış kimi avtomaşınını cərimə meydançasına apararkən Parlament prospektində yolun qadağan olunmuş hissəsində maşınını saxlayıb müşahidə kameralarına əl edib. Daha sonra o, yolda qəza şəraiti də yaratmaqdan çəkinməyib. Onun 99 FB 078 dövlət qeydiyyat nişanlı avtomobili artıq 18 gündür ki, cərimə meydançasında saxlanır.
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr
şöbəsinin rəisi Vaqif Əsədov Avtosfer.az-a bildirdi ki, onun
avtomobili sürücünün yol hərəkəti qaydalarının kobud şəkildə
pozduğu gündən cərimə meydançasında saxlanılır. Müfaviq olaraq
protokol tərtib olunub. Amma bu günə qədər Elnarə Xəlilova cərimə
meydançasından avtomobilini götürmək üçün müraciət belə
etməyib.
Qanunvericiliyə görə, Elnarə Xəlilova ona yazılmış cəriməni
ödəməmiş avtomobili cərimə meydançasından çıxara bilər. Yəni,
cəriməni avtomobili götürdükdən sonra da ödəyə bilər. Müğənni,
avtomobili cərimə meydançasından çıxarmaq üçün sadəcə olaraq
müvafiq sənədləri təqdim etməli və avtomobilin orada saxlanılmasına
görə hər gün üçün 30 qəpik dayanacaqpulu ödəməlidir.
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO